"Fominov Consulting" TOPAZ-ın bazası üçün ehtiyat mərkəz yaradıb
“TOPAZ müştərilərinin pul yatırımları tamamilə təhlükəsizdir”
İnformasiya texnologiyalarının və periferik sahələrin mütəmadi inkişafı fonunda informasiya infrastrukturunun optimallaşdırılması istənilən müasir şirkətin müvəffəqiyyətli və rəqabətə davamlı gələcəyinin ayrılmaz hissəsidir. Bugün biz biznesin effektivlik və davamlılıq səviyyəsinin artmasında informasiya texnologiyalarının rolu, və eyni zamanda nəticələrin və risklərin minimuma endirilməsi mövzusuna toxunacağıq.
Bizim qonaqlarımız – Azərbaycanda qanuni idman mərc oyunu operatoru, “TOPAZ” ticarət nişanının sahibi "AzerIntelTek" şirkətinin texniki dəstək və İT üzrə meneceri Mustafa Önder və "Fominov Consulting" şirkətinin təsisçisi və baş icraçı direktoru Yuriy Fominovdur.
-Mustafa bəy, zəhmət olmasa, müasir İT-həllərin lotereya biznesində necə tətbiq olunması barədə məlumat verərdiz.
Mustafa Önder: İnanmaq çətin olsa da, lotereya biznesi sistemin təhlükəsizliyini və dayanıqlılığını təkmilləşdirən İT-həllərin tətbiq olunduğu ən dinamik biznes sahələrindən biridir. Onlayn lotereyalar, ani rəqəm lotereyaları və digər lotereya texnologiyalarının çoxsaylı növləri bugün keyfiyyətli və etibarlı proqram təminatı olmadan mümkünsüzdür. Topazın əsas məlumat bazası bir ilkin məlumat mərkəzində yerləşir və bunun nəticəsi olaraq bütün məlumatların və xidmətlərin “dublikat”ının yaradılmasının zəruriliyi haqqında ideya formalaşmışdır.
-İT-autsorsinq xidməti göstərən şirkətin seçimi kifayət qədər mürəkkəb işdir. Bəs siz şirkətləri hansı kriteriyalar üzrə qiymətləndirirdiniz?
Mustafa Önder: Əsas tələblərimizdən biri inteqrator-şirkətin analoji layihələr üzrə digər müştərilərdə müsbət təcrübəsinin olması idi. Əlbəttə, seçim prosesi məsuliyyətlidir, buna görə də bizim işçi qrupumuz tərəfindən bazarda olan bütün təkliflərin kompleks qiymətləndirilməsi aparılmışdı və bunun nəticəsində İT-həllin təchizatçısı qismində "Fominov Konsalting" şirkəti seçilmişdir.
-Yuriy, yeni sistem qarşısında hansı əsas tələblər qoyulmuşdur?
Yuriy Fominov: İlk olaraq əsas məqsəd əlbəttə ki, tez-tez dəyişikliklərə uğrayan məlumatların təhlükəsizliyinin təmin edilməsi idi. Lakin "AzerIntelTek" şirkətinin fəaliyyət sahəsini nəzərə alaraq, inteqrasiya prosesi şirkətin rutin gündəlik fəaliyyətinə təsir etməməli idi. Sözsüz ki, yeni sistemin quraşdırılması ani proses deyil. Bunun üçün ilk əvvəl mövcud sistemin tam qiymətləndirilməsi və minimal vaxt çərçivəsində sonrakı daha effektiv təkmilləşdirmənin planlaması və planlaşdırılan xərclərin aşılmaması tələb olunurdu. Lakin peşəkar heyət çalışarkən bütün bu şərtlərin yerinə yetiriləcəyi heç bir şübhə doğurmur (gülümsəyir). Bütün sistem 3 həftə ərzində quraşdırılmışdı. Mustafanın qeyd etdiyi “dublikat”ın yaradılması – ehtiyat mərkəzin yaxud kritik əhəmiyyətli məlumatlarla işləyən istənilən təşkilat üçün «must-have» hesab olunan Data Recovery Center-in yaradılması prosesidir.
-Fəaliyyət zamanı ehtiyat mərkəzin mövcudluğu hansı üstünlükləri təmin edir?
Yuriy Fominov: Ehtiyat mərkəzi əsas məlumat mərkəzinin tam surəti olmalıdır və bu mərkəzlərin coğrafi cəhətdən bir-birindən müəyyən məsafədə yerləşməsi də əsas məqamlardandır. Əsas məlumat mərkəzinin fəaliyyətində nasazlıqlar yarandığı zaman sistem öz servislərini məlumatların hesablanmasının ehtiyat mərkəzinə ötürür və ehtiyat mərkəz öz növbəsində əsas fəaliyyətinə başlayır. Təbii fəlakət, yanğın və digər səbəblər əsas məlumat mərkəzinin fəaliyyətində nasazlıqlara gətirib çıxara bilər. Yalnız Disaster Recovery sistemi vasitəsilə servislərin mövcudluğu qorunub saxlanılacaq və aktual məlumatlar tam bərpa olunacaq.
-Maksimal effektiv nəticələrin əldə edilməsi üçün hansı texnologiyalardan istifadə olunmuşdur?
Yuriy Fominov: Nəzərə almaq lazımdır ki, bütün əməliyyatlar real vaxt rejimində icra olunur – pul yatırımları, oyunların nəticələri və s. . Hətta minimal planlaşdırılmamış dayanmaların yolverilən olduğu dayanıqlılığa ən tələbkar bank sistemlərindən fərqli olaraq totalizatorlarda idman yarışmasını dayandırmaq olmaz, çünki informasiya sistemi nəticəni qəbul edib işləməyə hazır deyil. Buna görə də bizim layihəmizdə industrial UNİX əməliyyat sistemi IBM AIX7-nin idarəetməsi altında IBM Power8 server sistemlərinin klaster bazasında ən etibarlı və səmərəli texnologiyalardan istifadə olunmuşdur. Növbəti emal və hesablama üçün daxil olan məlumat axınının fiksasiyasının görünməmiş ardıcıllığına zəmanət verən məlumatların emalını təmin etmək məqsədilə MBİS IBM İnformix istifadə olunmuşdur. Məlumatların emalı və saxlanması sistemi qismində məlumatlara maksimum effektiv keçidi təmin edən IBM Storwize hibrid sistemi quraşdırılmışdır. Gördüyünüz kimi, birgə seçim nəticəsində kompleks IBM həlli alınmışdır. Və bu bütün məhsulları bir istehsalçıdan almağın rahat olması səbəbindən deyil, qoyulmuş məsələnin həllində bu texnologiyaları üstələyən analoqlarının olmaması səbəbi ilə seçilmişdir.
-Mustafa, siz Yurinin dediklərini şərh etmək istərdinizmi?
Mustafa Önder: Əslində əlavə etməyə bir soz qalmayıb. Sadəcə heç də asan olmayan inteqrasiyanın öhdəsindən gələrək layihəni inanılmaz qısa müddətdə yerinə yetirən "Fominov Consulting" heyətinin yüksək peşəkarlığını bir daha vurğulamaq istərdim. İndi biz TOPAZ müştərilərinin pul yatırımlarının tamamilə təhlükəsizlikdə olmasını əminliklə təsdiqləyə bilərik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















