Şirkət, baş icraçı direktorundan aldığı krediti tam ödəyib
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti baş icraçı direktor Reza Vaziriyə olan kredit borcunu tam ödəyib.
Bu barədə şirkət məlumat yayıb.
Ödəniş martın 29-da həyata keçirilib. Ödənilən məbləğ isə cəlb edilən kreditin qalan 3,9 mln. dolları olub.
Bildirilib ki, şirkətin baş icraçı direktordan aldığı kreditin ümumi məbləği 4 mln. ABŞ dolları təşkil edib. İllik faiz dərəcəsi 7% olan son ödəniş tarixi 2019-cu il yanvarın 8-i olub.
Qeyd edək ki, bu ilin fevral ayında “Anglo-Asian Mining Plc." şirkətinin törəməsi - “Azerbaijan International Mining Company Ltd.” “Paşa Bank” ilə sindikatlaşmaya daxil olub. “Paşa Bank”ın təşkilatçı olduğu sindikatlaşma iki illik 15 mln. ABŞ dollarına qədər illik 7%-li sabit faiz dərəcəsi ilə krediti nəzərdə tutur. Bank” ilə sindikatlaşmaya daxil olub.
Məlumata görə, “Paşa Bank”ın təşkilatçı olduğu sindikatlaşma iki illik 15 mln. ABŞ dollarına qədər illik 7%-li sabit faiz dərəcəsi ilə krediti nəzərdə tutur.
Qeyd olunub ki, kreditin 13,470 mln. dolları “Amsterdam Trade Bank N.V”, “Gazprombank (Switzerland) Ltd.”, “Anglo-Asian”nın baş icraçı direktoru Reza Vaziriyə və “Yapi Credit Bank”a mövcud kreditlərin geri ödənilməsinə istifadə olunacaq.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.
“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























