Avropa bankı Azərbaycanın layihəsinə böyük məbləğdə kredit ayırdı
Avropa İnvestisiya Bankı (AİB) Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasının maliyyələşdirilməsinə 932 mln. avro məbləğində kredit ayrılmasını təsdiqləyib.
Bu barədə AİB-in saytında bildirilir.
"Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP qaz boru kəmərləri vasitəsiilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Bu günədək mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla TANAP qaz boru kəməri layihəsi üzrə işlərin 91 faizi, TAP qaz boru kəməri layihəsi üzrə isə 65 faizi yekunlaşıb. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
18 d. əvvəl
Sabah Bakıda Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
1 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
1 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”
- 1 saat əvvəl
-
2 saat əvvəl
328 tam təmirli mənzil kirayə mexanizmi ilə satışda - aylıq ödənişləri 376 manatdan başlayır
-
2 saat əvvəl
İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib
- 2 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bankın rəhbərliyi mətbuat konfransı keçirdi, çoxsaylı suallara cavab verdi
- 4 saat əvvəl