Məhkəmədən əmanətlər ilə bağlı mühüm qərar - FOND PƏRT OLDU

Ləğv prosesində olan “Bank Standard”ın əmanətçisi isə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) arasında məhkəmə çəkişməsi davam edir.
Bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib.
“İşin qısa mahiyyəti belə idi. 1 avqust 2013-cü ildə hüquqlarını müdafiə etdiyim vətəndaş “Bank Standard”a 10000 ABŞ dolları məbləğində, illik 12,5%-lə 3 il müddətinə əmanət qoyub. Əmanət sığortasız olub. 2016-cı ildə bank sisteminə etimadın bərpası məqsədilə dövlət başçısının təşəbbüsü ilə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə minib. Qanuna görə hər kəs bankdakı mövcud əmanətinin faiz dərəcəsini azaltmaqla onu sığortalaya bilər. Vətəndaş 23 iyun 2016-cı ildə Banka gəlib və əlavə saziş bağlayaraq əmanəti üzrə illik faiz dərəcəsini 3%-ə endirib ki, əmanəti sığortalanmış olsun. Həmin ilin avqust ayında əmanət müqaviləsinin müddəti bitib, lakin Bank əmanəti qaytarmayıb. 2016-cı ilin oktyabr ayında Bank müflis olub. Vətəndaş əmanətinin sığortalı olduğu üçün onun kompensasiya edilməsini tələb edib. Lakin ADIF ona bildirib ki, bankın elektron məlumat sistemində əmanət üzrə illik faiz dərəcəsi 3% deyil, 6%-dir. Faktiki vətəndaşa deylib ki, əlindəki müqavilə (əlavə saziş) boş şeydir, əsas Fondun elektron məlumat sistemidir. Vətəndaş Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmədə Fondun nümayəndəsi artıq yeni arqument əsasında əmanətin qaytarılmamasını əsaslandırıb. O, deyir ki, Bankın müflis elan olunduğu ana (2016-cı ilin oktyabr ayı) əmanətin müddəti (2016-cı ilin avqust ayı) bitdiyi üçün, o, artıq sığortalı deyil. Hakim də məhz bu qanunsuz, absurd və məntiqsiz arqumenti rəhbər tutaraq iddianı rədd edib.
"BELƏ OLAN HALDA ƏMANƏTLƏRİN SIĞORTALANMASI KİMƏ LAZIMDIR?"
Məhkəmənin bu qərarı faktiki o demək idi ki, əmanətlərin sığortalanmasına bel bağlamaq olmaz. Ən dəhşətlisi isə bu idi ki, bu etimadsızlığın təşəbbüskarı tam əksinə fəaliyyət göstərməli olan ADIF Fondu özü idi. Oturduğu budağı kəsir! Axı müflisləşən hər bir bankın iflası əmanətləri qaytarmaması ilə başlanır. Əmanətlərin sığortalanması da elə məhz buna görə lazımdır ki, belə bank müflisləşən kimi sığortalanmış əmanətlər qaytarılsın. Fondun və Nəsimi Rayon Məhkəməsinin məntiqindən isə belə çıxırdı ki, əmanətçilər əmanət müddətinin sonunda əmanəti geri götürə bilmirsə, həmin əmanət artıq sığortalı deyil və bank müflisləşəndən sonra kompensasiya edilməli deyil. Belə olan halda əmanətlərin sığortalanması kimə lazımdır? Ağlı başında olan adam belə sistemə necə etibar edər axı?!İndi məni də əsas maraqlandıran odur ki, yuxarıdan belə göstərişlər verənin marağı nədir?
Məhz bütün bu arqumentləri nəzərə alaraq, hakim Raqib Qurbanovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin qətnaməsini ləğv etdi və bizim iddiamızı təmin etdi. Fond əmanəti kompensasiya etməlidir! Qətnamədə xüsusilə vurğulanır: “…müqavilə müddətinin bitdiyi tarixdə iddiaçı istəsəydi belə əmanəti bankdan geri götürə bilməzdi… iddiaçının… müqavilə müddətinin uzadılması ilə bağlı müraciət etməmək hüququ olmuşdur. Çünki, iddiaçı əsaslı olaraq müqavilənin həmin şərtinə və qanunun tələbinə əsasən müqavilənin sadəcə növünün dəyişdiyini, yəni müddətli əmanət müqaviləsindən tələbli əmanət müqaviləsinə çevrildiyini və tələbli əmanət müqaviləsinə əsasən istənilən an bankdan əmanətini geri götürmək hüququnun olduğunu və müqavilənin eyni şərtlərlə davam etdiyini güman etmişdir…”
Fikir verin: məhkəmə o cümlədən əmanətçinin gümanını, yəni qanuna və bağladığı müqaviləyə etimadını rəhbər tutub. Bu, çox vacibdir. Beləliklə, Prezidentin ölkə banklarına etimadın bərpası üçün yaratdığı mühüm institutlardan birinə - əmanətlərin tam sığortalanması sisteminə etimad bərpa olundu.
P.S. Oxşar və analoji hallar digər banklarda, o cümlədən son müflisləşmiş bankda ("Dəmir Bank"da) da mövcuddur. Ümid edirəm ki, bundan sonra məhkəmələr məhz bu ədalətli yanaşmanı rəhbər tutaraq qorunan əmanətlərin kompensasiya edilməsindən yayınmağa imkan verməyəcəklər”, - deyə o, qeyd edib.
© Renkinq
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 11 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
