İpoteka istiqrazlarının yeni buraxılışı üzrə ilk hərrac keçirildi
27 yanvar 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə ilk hərrac keçirilmişdir. Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2010008681) nominal qiymətlə həcmi 10 000 000 manat təşkil etmişdir.
Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilmişdir.
İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1000 AZN təyin edilmişdir.
İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 10 000 000 AZN təşkil etmişdir. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.
İstiqrazların ödəmə tarixi 06 dekabr 2026-cı ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 d. əvvəl
Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb
-
1 saat əvvəl
Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib
-
1 saat əvvəl
"Azərişığ"ın Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb
-
2 saat əvvəl
Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə "İmarət" Yaşayış Kompleksi inşa olunacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa bankı Azərbaycandakı banka 10 milyon dollar kredit ayırdı
- 3 saat əvvəl