"Biznes layihələrində iştirak payımız 20-25% təşkil edir"
Hazırda "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) biznes layihələrində iştirak payı 20-25% təşkil edir.
Bunu şirkətin ötənilki fəaliyyətinə dair mətbuat konfransında qurumun icraçı direktoru Rövşən Nəcəf deyib.
Məsələn, onun sözlərinə görə, AİŞ 2012-2015-ci illərdə dəyəri 300 mln. avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10% payla uğurla iştirak edib. Şirkətin hazırdaa payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 mln. dollar olan Bakı Gəmiqayırma Zavodudur.
"Bu zavod yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Zavod indiyə qədər 3 sərnişin gəmisi istehsal edib, həmçinin ötən il Xankəndi yük gəmisinin tikintisini reallaşdırıb. Bu gəmi "Şahdəniz "layihəsinin icrasına cəlb ediləcək".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
Lizinq şirkəti zəmanətsiz istiqrazlarını alana illik 15 faiz ödəyəcəyini vəd edir
-
5 saat əvvəl
Tekstil müəssisəsinin qurulması və 400-dən çox iş yerinin yaradılması hədəflənir
-
6 saat əvvəl
"Legion Financial” şirkətinin səhmləri birjada listinqə daxil edilib
-
6 saat əvvəl
ADY sədri Rövşən Rüstəmov Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib
-
6 saat əvvəl
İlin sonuna kimi Türkiyədə dolların dəyəri 38 lirəyə çata bilər
-
7 saat əvvəl
"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis gəliri 2,6 dəfə artıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl