“Gilan Holding” Karyera yarmarkalarında tələbələrlə görüşəcək
Azərbaycanda gənclərin məşğulluğunun artırılması məqsədilə aparılan işlərə dəstək göstərən “Gilan Holding” ali məktəblərdə keçirilən Karyera günlərində iştirak edir.
Holdinqdən "Marja"ya daxil olmuş məlumata görə, Bakı Ali Neft Məktəbi (BANM) və ASAN xidmətin ASAN Könüllülük Məktəbinin birgə əməkdaşlığı çərçivəsində martın 1-də keçirilən 1-ci Karyera sərgisində “Gilan Holding” işə qəbul şöbəsinin əməkdaşları ilə təmsil olunur.
Həmçinin “Gilan Holding” ADA Universitetində martın 2-də təşkil olunacaq 6-cı Karyera yarmarkasında tələbələrlə görüşəcək.
Bundan əlavə “Gilan Holding” martın 10-da Qərb Universitetində keçiriləcək Karyera yarmarkasında da iştirak edəcək.
Bu sərgi və yarmarkalarda “Gilan Holding” gənc namizədlərlə ünsiyyət quracaq, onlara vakansiyalar haqqında məlumat verəcək, suallarını cavablandıracaq və özü üçün potensial kadrları seçəcək.
“Gilan Holding” daim gənclərin işlə təmin olunması üçün atılan addımları dəstəkləyir və bu işlərə öz töhfəsini verməyə çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
13 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
14 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
15 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















