Nyu-York birjası kəskin azalma ilə bağlandı
Nyu-York Birjasında indekslər, ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauelin (Jerome Powell) təqdimatının ardından günü sərt süqutla başa vurublar.
"Marja" xəbər verir ki, "Dow Jones" Sənaye İndeksi 299.24 bənd (1.16 faiz) azalma ilə 25410.03 bənddə, "Standard & Poor's 500" (S&P 500) İndeksi 35.32 bənd (1.27 faiz) azalma ilə 2744.28 bənddə bağlanıb.
Nasdaq Texnologiya İndeksi də 91.11 bənd (1.23 faiz) dəyər itirərək 7330.35 bəndə enib.
Pauellin ABŞ Konqresində etdiyi təqdimat investorlar tərəfindən "şahin" olaraq qəbul edilib. Belə ki, Fed faizləri artırmaqda davam edəcəkdir.
Pauel çıxışında iqtisadiyyatın gücləndiyini və faizlərin artırılmasının mərhələli davam edəcəyini bilidirib. O, vergi güzəştlərinin daha çox sərmayənin yatırılmasına və iqtisadiyyatın daha da canlanmasına səbəb olacağını deyib.
Fed sədrinin çıxışından sonra Dollar mühüm valyutalar qarşısında bahalaşıb.
Fed-in 2018-ci ildə ilk dəfə Mart ayında faiz artıracağını qəti gözlə baxılır.
Fed-in iqtisadiyyat və inflyasiyadakı yaxşılaşmaya bağlı olaraq proqnozlardan (3 dəfə) daha sürətlə faiz artıracağı gözləntiləri, ötən həftələrdə maliyyə bazarlarının kəskin reaksiya verməsinə səbəb olmuşdu.
"İQTİSADİYYAT GÜCLƏNİB"
Konqres üzvlərinin suallarını cavablandıran Pauell, balansa dair "hədəfimiz Fedin balansının lazım gəldiyindən böyük olmamasıdır" deyib. Pauell böhrandan sonra tətbiq olunan Fed siyasətlərinin təsirli olduğunu, Fed-in simmetrik inflyasiya hədəfinin də işə yaradığını deyib.
Pauell bəzi aktiv qiymətlərinin yüksək olduğunu bildirib. Dekabrdan bəri açıqlanan göstəricilərin iqtisadiyyatın möhkəmləndiyinə işarə etdiyini söyləyib.
O, daha aşağı mənfəət vergisinin daha çox investisiya gətirəcəyini qeyd edib.
Pauell, "Fed-in pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) qarşıdakı bir neçə ildə uyğun pul siyasətilə iqtisadiyyatın həddən artıq "qızmasının" qarşısını almaq ilə PCE qiymət indeksini (inflyasiya) davamlı şəkildə 2%-də saxlamaq arasında bir tarazlıq tapmağa çalışacağını" dilə gətirib.
FOMC-ın riskləri balanslı olaraq gördüyünü bildirən Pauell, maliyyə siyasətinin daha dəstəkləyici (himayədar) və ABŞ ixracında xarici tələbin daha güclü gedişatda olduğunu deyib.
Bazarlarda sonuncu təlatüm ilə bağlı olaraq, Pauell, "Birjalardakı son tənəzzül və yüksələn istiqraz faizləri iqtisadi artıma mənfi təsir göstərməyəcəkdir. Bu proseslərin iqtisadi fəallığa, məşğulluq bazarına və inflyasiyaya əhəmiyyətli bir təsir etmədiyini görürük" şəklində şərh edib.
Pauell 12 aylıq inflyasiyanın yuxarı istiqamətli hərəkət etməsini gözlədiklərini və orta perspektivdə FOMC-ın 2%-lik hədəfinə yaxın səviyyələrdə sabitləşəcəyini proqnozlaşdırıb. Pauell maaşların da sürətli şəkildə artacağını söyləyib.
Pauell, "Sağlam əmək bazarı istehlakçı gəlirlərini və xərclərini dəstəkləməyə, ticarət tərəfdaşlarımızın güclü iqtisadi inkişafı ABŞ-ın ixracını artırmağa, iş dünyasında güclü inam və satışlar investisiyaları artırmağa davam etməlidir" deyə bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 saat əvvəl
-
-
15 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
15 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
15 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
16 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
16 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb























