Azərbaycan şirkəti Banqladeşdə tenderin qalibi olub
SOCAR-AQŞ, "BAPEX" şirkətinin elan etdiyi beynəlxalq tenderin qalibi olub və Banqladeş ərazisində 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq.
SOCAR-dan verilən məlumata görə, Banqladeş hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin Baş katibi Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin Katibi Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşüb.
Görüşdə SOCAR AQŞ və Banqladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeşin yeni neft-qaz layihələrində birgə iştirak üzrə anlaşma memorandumu imzalanıb.
Memorandumu Baş direktorun Əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və BAPEX şirkətinin Baş meneceri İslam Muhəmməd Novşad imzalayıb.
Qeyd edək ki, SOCAR AQŞ daha əvvəl BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeşin ‘’Semutang-Cənub-1’’, ‘’Begumganj-4’’ və ‘’Madarganj-1’’ qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcək. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq.
SOCAR-dan bildirilib ki, Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir.
Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edən Banqladeş hökumətinin Enerji və mineral ehtiyatlar bölməsinin katibi Nazimuddin Couduri bildirib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlər mövcuddur: "Bugünkü imzalanma mərasimi iki müəssisə və nəticədə iki ölkə arasında əməkdaşlığın yeni vüsət almasına və dərinləşməsinə xüsusi təkan verəcək.’’
BAPEX şirkətinin Baş meneceri İslam Muhəmməd Novşad isə qeyd edib ki, Azərbaycan neftçilərinin zəngin təcrübəsi bir çox ölkə üçün ən yaxşı məktəb olub: "SOCAR AQŞ-nin milli qazma sənayesindəki innovativ imici və imza atdığı ilklər bugünkü əməkdaşlığın gerçəkləşməsində önəmli rol oynayıb. Əminəm ki, gələcəkdə də SOCAR AQŞ ilə digər birgə layihələrin icrasında çalışmaqda davam edəcəyik’’.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev isə bildirib ki, təmsil etdiyi şirkət hər il təxminən 7%-dən artıq artan iqtisadiyyata malik Banqladeşin neft-qaz yataqlarının işlənməsində iştirakını yüksək qiymətləndirir: "BAPEX ilə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.
Xatırladaq ki, SOCAR-AQŞ MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti müasir texnika və texnologiyalardan istifadə etməklə quyu tikintisinə dair tam xidmətlər paketini təklif etməkdən ibarətdir. SOCAR AQŞ, bu günə kimi 200 min metrdən çox qazma işləri yerinə yetirib, 67 quyunu sifarişçiyə təhvil verib. Hazırda şirkət Azərbaycanda 4 quyunun qazılmasını həyata keçirir. 2018-ci il ərzində SOCAR AQŞ Xəzərin Azərbaycan sektorunda 18 quyunun qazılması planlaşdırılır.
Əsasən 2008-ci ildən qaz hasilatına başlamış və təqribən 360 mlrd. kubmetr qaz ehtiyatlarına malik olan Banqladeş Xalq Respublikasında SOCAR AQŞ tərəfindən yerinə yetiriləcək qazma işləri, Azərbaycan neftçilərinin beynəlxalq miqyasda öz peşəkar xidmətlərini təklif etmək və məhz göstərilən xidmətlər sayəsində ölkəmizə əlavə gəlirin qazandırılması üçün münbit zəmin yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





