“Qala Sığorta” cənub bölgəsində - NÜMAYƏNDƏLİYİNİ AÇDI
“Qala Sığorta” bu dəfə Lənkəran nümayəndəliyinin rəsmi açılışını qeyd edib.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Lənkəran nümayəndəliyinin fəaliyyətə başlaması ilə bütün cənub bölgəsinin əhalisi “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər.
Məqsəd bölgədə yaşayan insanlara yaxın olmaqla onların həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanını asanlaşdırmaqdır.
Açılış mərasimində iştirak edən “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki, bölgələrdə nümayəndəliklərin açılması ölkə rəhbərliyinin, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində apardığı uğurlu siyasətin əməli iş planına kiçik də olsa töhfə verməklə, şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir:
“Bu gün biz Lənkəran nümayəndəliyinin rəsmi açılış mərasimini qeyd edirik. “Qala Sığorta” şirkətinin baş ofisində və digər nümayəndəliklərində göstərilən sığorta xidmətləri Lənkəran nümayəndəliyində də keçərli olacaq. Biz Lənkəran nümayəndəliyimiz vasitəsi ilə bütün cənub bölgəsinin əhalisinə 23 sığorta növü üzrə xidmət göstərəcəyik. Bu sığorta növlərindən 19-u könüllü, 4-ü isə icbari sığorta növüdür. Sığorta xidmətlərimiz sırasına daşınmaz əmlakın icbari sığortası, avtomobillərin kasko sığortası və digər sığorta növlərimizi misal gətirə bilərik. Bununla yanaşı, nümayəndəliyimizdə müştərilərə “Qala Həyat” sığorta şirkətinin də məhsulları təklif olunacaq. Həyat sığortası məhsulları da olduqca maraqlı və çox sərfəlidir. Nümayəndəlikdə yüksək peşəkar komandadan ibarət işçilər çalışır. Sadəcə müştərilər Lənkəran nümayəndəliyimizə yaxınlaşmaqla istənilən növ sığorta məhsulunu əldə edə bilər. - deyə, T.Yunsurov vurğulayıb.
T.Yunsurov il ərzində “Qala Sığorta” şirkətinin digər regionlarda da xidmət şəbəkəsinin genişləndirilməsi işini davam etdirəcəyini qeyd edib: “Məqsədimiz bölgələrdə yaşayan əhalinin sığorta sahəsi üzrə maarifləndirmə işini təşkil etmək, onların həyat və qeyri-həyat sığortası məhsulları üzrə ehtiyaclarını təmin etmək və eyni zamanda bölgələrdə
baş verən sığorta hadisələrinin operativ şəkildə tənzimlənməsini həyata keçirməklə müştəri məmnuniyyətini daha yüksək səviyyəyə çatdırmaqdır”.
Qeyd edək ki, açılış mərasimidə Şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, Lənkəran İcra Hakimiyyətinin nümayəndələri və Lənkəran ictimaiyyətini təmsil edən digər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, “Qala Sığorta” 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra şirkətin adı dəyişilərək “Qala Sığorta” ASC olmuşdur.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə xidmətlər göstərir. Üç illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
16 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb















