Kassa və kassirsiz ilk supermarket açıldı
Dünyanın ən böyük onlayn pərakəndə şirkəti "Amazon", keçən il 13 milyard dollara "Whole Foods" market şəbəkəsini satın aldıqdan sonra kassa və kassiri olmayan, hətta barkod oxuyuculu "self servis" çıxışı da olmayan dünyanın ilk supermarketini açıb.
"Marja" xəbər verir ki, "Amazon Go" tərəfindən bir ildir test edilən sistem bu gün istifadəyə verilib.
Belə ki, insansız sistem tavana montaj edilən kameralar ilə hər bir müştərini izləyir. Müştərilər mağazaya girməzdən əvvəl mobil telefonundakı proqramı girişdəki sistemə tanıtdıqdan sonra, rəflərdəki sensorlar müştərinin seçdiyi məhsulları müəyyən edir və siyahıya əlavə edir. Məhsulu yerinə geri qoyanda isə sözügedən məhsul alış-veriş səbətindən silinir.
Aış-verişi başa vuranlar mağazadan çıxdıqdan sonra satın aldıqları məhsulların dəyəri kredit kartlarından çıxılır.
UŞAQLAR PROBLEM OLA BİLƏR
Digər tərəfdən, bir müddətdir test edilən sistemdə oxşar bədənə malik olan müştərilərin bir-birindən ayrılmasında çətinliklər olduğu bildirilmişdi. O cümlədən, başda uşaqlar olmaqla supermarket müştərilərinin rəflərdən götürdükləri məhsulları səhv hissəyə qoymasının da problemə səbəb olduğu bilinirdi.
"Amazon Go"nun meneceri Gianna Puerini, kassa və kassirsiz mağazanın test prosesində yaxşı nəticələr verdiyini və belə bir texnologiyanın ilk dəfə istifadə edildiyini açıqlayıb.
ABŞ şirkəti, daha çox "Go" mağaza açıb açmayacağını və ya texnologiyanın "Whole Foods" şəbəkələrində istifadə edilib-edilməyəcəyini isə açıqlamayıb.
Supermarketlərdə kassa növbələrinə son qoymağı planlaşdıran sistem sayəsində "Amazon"un daha da dəyər qazanacağı gözlənir. "Amazon" səhmləri ötən ildən bu yana 74 faiz dəyər qazanaraq 750 dollardan 1295 dollara çıxmışdır. Şirkətin bazar dəyəri isə 623 milyard dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















