Dövlət bankı maliyyə vəziyyətini açıqladı
“AzərTürkBank” ASC 2017-ci ili 1 milyon 144 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 25 milyon 331 min manat, o cümlədən faiz gəlirləri 16 milyon 420 min manat, qeyri-faiz gəlirləri 8 milyon 911 min manat təşkil edib.
2016-cı ildə “AzərTürkBank” ən cəmi gəlirləri 49 milyon 2198 min manat, o cümlədən faiz gəlirləri 23 milyon 955 min manat, qeyri-faiz gəlirləri 25 milyon 264 min manat təşkil etmiş, həmin ili 7 milyon 337 min manat xalis mənfəət ilə başa vurmuşdu.
2016-ci ildə 26 milyon 140 min manat xalis əməliyyat mənfəətinə nail olan Bank, 2016-cı ildə 19 milyon 104 min manatlıq əməliyyat mənfəəti təmin edə bilib.
31 Dekabr 2017-ci il tarixində “AzərTürkBank” 335 milyon 156 min manat cəmi aktivlərə, 280 milyon 701 min manat cəmi öhdəliklərə və 54 milyon 455 min manat cəmi balans kapitalına malik olub.
Bank 2016-cı ilin sonunda 469 milyon 549 min manat cəmi aktivlərə, 414 milyon 903 min manat cəmi öhdəliklərə və 54 milyon 646 min manat cəmi balans kapitalına malik idi. Aktivlərin “Bankların borcları” maddəsi 212 milyon 549 min manatdan 35 milyon 167 min manata düşdüyündən Bankın aktivləri azalıb. Banklar və maliyyə müəssisələri qarşısında öhdəliklər və müştəri hesabları azaldığından isə cəmi öhdəliklər azalıb.
Bankın kredit portfeli 2016-cı ilin sonundakı 149 milyon 284 min manatdan 2017-ci ilin sonunda 119 milyon 680 min manata enib.
2017-ci ilin sonunda “AzərTürkBank” 53 milyon 466 min manat məcmu kapitala malik olub.
MÜŞTƏRİLƏRİNİN SAYI KƏSKİN ARTIB
“AzərTürkBank”dan verilən məlumata görə, ötən il ərzində bankın müştərilərinin sayı 53 faiz artaraq 24 560 nəfərə çatmışdır. Ötən il ərzində Bank 180 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 75,7 milyon manatı əhalinin əmanətləridir. Hazırda dövriyyədə Banka məxsus 38 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
12 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib




















.jpg)




