Volkswagen Qrupunun satışları rekord səviyyəyə çatıb
Tərkibində bir çox marka olan Almaniyanın avtomobil istehsalçısı Volkswagen (VW) Qrupundan verilən məlumata görə, Qrup 2017-ci ildə bütün zamanların ən yüksək avtomobil satışını həyata keçirib.
"Marja" xəbər verir ki, şirkətin dünya üzrə avtomobil satışları ötən il 4,3 faiz artaraq 10 milyon 741 min milyon ədədə çatıb. Qrup, 2017-ci ildə təkcə Avropadakı müştərilərə 4,3 milyon ədəd avtomobil təhvil verib. Avropada satışlar 3,3% artıb.
Rusiya bazarındakı toparlanma Orta və Şərqi Avropadakı satışlara müsbət təsir edib və 2017-ci ildə bu bazarın 13,2 faiz artmasına və 744 min 600 ədəd avtomobil satılmasına səbəb olub.
Qrupun Çinə satışları keçən il 5,1%-lik artımla 4,2 milyon ədəd, ABŞ-a satışları isə 5,8% artımla 625 min ədəd olaraq qeyd edilib.
VW Qrupunun icraçı direktoru Matthias Müller, "Bütün zamanların ən yüksək avtomobil satışıbı, hər şeydən əvvəl bütün Qrup markaları və əməkdaşları tərəfindən güclü bir komanda performansı ilə əlaqələndirmək olar" ifadəsini istifadə edib.
Müller, "Müştərilərimizə etimad göstərdikləri üçün minnətdarıq. 2018-ci ildə dünyanın hər yerindəki müştərilərimizin istəklərini qarşılamaq və aşmaq üçün əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik" - əlavə edib.
Tərkibində Volkswagen, Audi, Porsche, Bentley, Lamborghini, Seat, Skoda, Bugatti, Scania və Man kimi markaları olan Volkswagen Qrupu, uzun müddət dizel emissiya qalmaqalı ilə gündəmi məşğul edib, ABŞ orqanlarına yüksək cərimələr ödəmiş və milyonlarla avtomobilini geri çağırmaq məcburiyyətində qalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























