Ərəblər həmvətənlilərinə xidmət üçün Bakıda otel almaq istəyirlər
Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektlərini satın almağa maraq göstərirlər.
Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib ki, Bakıda daşınmaz əmlak obyektləri, xüsusilə, yeni bina və otellərlə maraqlanan ərəblərin sayı artıb. Ərəblər hətta paytaxtda otel inşaatı şərtləri ilə maraqlanırlar.
“Müraciətlərlərin əksəriyyəti Qətər, İraq vətəndaşları tərəfindən daxil olur, çünki həmin ölkələrdən gələn turistlərin sayı son vaxtlar artıb. Bakını seçdikləri üçün buradan otellər alaraq öz turistlərinə özləri xidmət göstərmək istəyirlər. Adətən ərəblər getdikləri yerlərdə öz mətbəxlərinin olmasını istəyirlər. Bu da əsas səbəblərdən biridir”, - V.Axundov deyib.
Onun sözlərinə görə, ərəblər daha çox şəhərin mərkəzi hissələrində olan tikililərlə maraqlanırlar. Bir neçə otel artıq satışa çıxarılıb.
“Məhz hansı otellərin satışa çıxarıldığını açıqlaya bilmərik”, - bunu V.Axundov deyib.
© Fineko/abc
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 39 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
























