İran hökuməti Azərbaycandan kredit almağa razılıq verib
İran Nazirlər Kabineti Rəşt-Astara dəmir yolunun tikintisi məqsədilə Azərbaycandan kredit almaq üçün lazımı icazəni təsdiqləyib.
İran prezidenti Həsən Ruhaninin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinə Azərbaycandan 500 milyon dollar dəyərində kredit almaq üçün icazə verilib.
Məlumata görə, kredit Rəşt-Astara dəmir yolunun tikinti layihəsinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Kreditin alınması və tikinti layihəsinin icrası üçün 3 il, kreditin geri qaytarılması üçün isə 7 il vaxt nəzərdə tutulub.
Xatırladaq ki, bundan öncə İranın yol və şəhərsalma nazirinin müavini Əli Nurzad bildirib ki, Azərbaycanla aparılmış müzakirələrə əsasən, kredit aşağı faizlə, təqribən 2,5 faizlə İrana veriləcək.
İranın Nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin baş direktoru Xeyrullah Xadimi də bundan öncə APA agentliyinə eksklüziv açıqlamasında qeyd edib ki, İran Astarasında yük terminalı və stansiyalarının tikintisinə dair işlər davam etdirilir.
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara dəmir yolu xətti İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanı ilə Azərbaycanın Astara şəhərini birləşdirəcək. Bu dəhlizlə nəinki İran, eləcə də Hindistan, Çin və Fars körfəzi ölkələri Avropa ilə idxal və ixrac əməliyyatları aparacaqlar. Azərbaycan ərazisindən keçən dəhliz daha səmərəli və iqtisadi baxımdan əlverişlidir. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatdırılacağı proqnozlaşdırılır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
52 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















