Neft İraqın açıqlamasından sonra bahalaşıb
İraq OPEC-in ikinci ən böyük istehsalçısıdıdr. Ölkənin neft naziri Jabbar Al-Luaibiye görə, İraq hasilatı gündəlik 180,000 barel azaldıb və ay sonuna qədər gündəlik daha 30,000 barel azaldacaq. İraqın qlobal ehtiyatları azaltmaq və bazara sabitlik gətirmək üçün əldə edilmiş razılaşamda payına düşən öhdəliyi yerinə yetirməsini açıqlaması neft qiymətlərinin qalxmasına səbəb olub.
Digər tərəfdən ABŞ-da Çərşənbə günü açıqlanacaq rəsmi neft ehtiyatı göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə artım göstərməsi gözlənilir.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin keçən il qlobal hasilat artığını azaltmaq üçün istehsalı gündəlik 1.8 milyon barrel azaltmaq məsələsində razılığa gəlməsinin ardından bareli 50 dolların üzərində qalıb. Səudiyyə Ərəbistanı müqavilənin qüvvəyə mindiyi 1 Yanvardan etibarən istehsal azaldılmasının 80%-dən çoxunun həyata keçirildiyini açıqlayıb.
Eyni zamanda, Beynəlxalq Enerji Agentliyi qiymətlərdəki yüksəlişlə yanaşı ABŞ-da şist nefti istehsalının artacağı proqnozunu verib. ABŞ-da qazılan quyuların sayı keçən həftə 2013-cü ildən bu yana ən sürətli artımını həyata keçirib.
Bakı vaxtı ilə 07:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 29 sent yüksələrək bareli 53.04 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 33 sent və ya 0.6 faiz artaraq barrel başına 55.56 dollara qədər yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
56 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)





.jpg)






