Azərbaycanda uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilib
Azərbaycanda fəaliyyət göstərən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi digər mühüm üstünlükləri ilə yanaşı, uşaq əməyinin istismarı hallarının qarşısının alınmasında da xüsusi əhəmiyyət daşıyır. Sistem ölkənin əmək qanunvericiliyində nəzərdə tutulmuş yaş həddindən, yəni 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsi bağlanması faktını avtomatik şəraitdə dərhal aşkar edir və belə müqavilələrin rəsmiləşdirilməsinə imkan vermir. Bununla bağlı bildirişlər sistemdə heç bir halda qeydiyyat üçün qəbul edilmir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ABŞ-ın ölkəmizdəki səfirinin siyasi işlər üzrə müşaviri Devid Börnstyinlə nazirlikdə keçirilən görüşdə diqqətə çatdırıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, uşaq əməyinin istismarı və məcburi əməyə cəlb etmə hallarına qarşı mübarizə mövzusuna həsr olunmuş görüşdə Xidmət rəisi ölkə qanunvericiliyində uşaq əməyinə münasibətin beynəlxalq normalara uyğun hüquqi əsaslarının formalaşdığını vurğulayıb:
“Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan tərəfindən ratifikasiya olunmuş “Minimum Yaş həddi haqqında” 138 nömrəli Konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə isə ölkəmizin İnzibati Xətalar Məcəlləsində cəza tədbirləri nəzərdə tutulub. Qeyd olunan Konvensiyadakı prinsiplər nəzərə alınaraq, Əmək Məcəlləsində yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün əlavə təminatlar, güzəştlər də əksini tapıb. Eyni zamanda, 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığa götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir”/
F.Əlizadə həmçinin məcburi əməyə cəlb etmə hallarının Azərbaycan qanunvericiliyində birmənalı olaraq qadağan olunduğunu diqqətə çatdırıb, normativ-hüquqi aktlarda bununla əlaqədar əksini tapan müddəalar barədə məlumat verib. O, uşaq əməyinin istismarı və məcburi əməyə cəlb etmə hallarına qarşı mübarizə sahəsində təbliğat-maarifləndirmə xarakterli tədbirlərə də xüsusi önəm verildiyini qeyd edib, bu sahədə aparılan işlərdən bəhs edib: “Ümumilikdə aparılan fəal dövlət siyasəti və aidiyyatı qurumlarla əməkdaşlıq şəraitində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlb etmə hallarının sayı son illərdə minimuma enib”.
D.Börnstyin Azərbaycanda uşaq əməyinin istismarı və məcburi əməyə cəlb etmə hallarının qarşısının alınması üçün görülən işlərin, xüsusən bu sahədə geniş təbliğat-maarifləndirmə tədbirlərinin məmnunluq doğurduğunu vurğulayıb. O, Azərbaycanda tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini də yüksək dəyərləndirib, sistemin əmək münasibətlərinə və ümumən əmək bazarına daha operativ və obyektiv nəzarəti həyata keçirməyə imkan verməsinin xeyli önəmli olduğunu bildirib.
Görüşdə uşaq əməyinin istismarına, məcburi əməyə cəlb olunma hallarına qarşı mübarizə sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 d. əvvəl
"Pizza Mizza" şirkəti biznesin genişləndirilməsi üçün 4 milyon avro kredit alıb
-
-
41 d. əvvəl
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı - FOTO/VİDEO
-
1 saat əvvəl
Bu qırmızı dayanmaq üçün deyil, cəmi 4 günlük fürsəti tutmaq üçündür
-
1 saat əvvəl
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və Dollarının zəifləməsi fonunda qızılın qiyməti yüksəlib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı - FOTO/VİDEO
Bu qırmızı dayanmaq üçün deyil, cəmi 4 günlük fürsəti tutmaq üçündür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin qiyməti 91 dolları keçdi
"Bank of Baku"da iclas keçiriləcək
Ən çox oxunanlar
Milli süni intellekt məhsulu sozly.ai istifadəyə verildi
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















