Neft bahalaşma trendində qalır
OPEC və digər istehsalçı ölkələr hasilatın azaldılmasına dair öhdəliklərini yerinə yetirib yetirmədiyini monitorinq məsələsində razılığa gəliblər. Digər tərəfdən, ABŞ-da qazılan quyuların sayı 2013-dən bu yana ən sürətli artımını göstərib.
Rusiyanın energetika naziri Aleksandr Novaka görə, beş üzvlü monitorinq komitəsi, hasilatın azaldılmasına dair öhdəliklərə riayət edilib edilmədiyini izləmək üçün istehsalçılar və kənar mənbələr tərəfindən təqdim olunan məlumatları araşdıracaq.
Baker Hughes Inc.-ın açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyusu sayı 29 artaraq 551 ilə 2015-ci ilin Noyabr ayından bu yana ən yüksək səviyyəsinə qalxıb.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin qlobal təklif artığını azaltmaq üçün istehsalı azaltmaq məsələsində razılığa gəlməsinin ardından 50 dolların üzərində qalır.
Səudiyyə Ərəbistanı, istehsalçı ölkələrin hazırda hasilatı gündəlik 1.5 milyon barrel və ya 1 Yanvardan etibarən qüvvəyə minən ümumi öhdəlik miqdarının 80%-dən çoxu qədər aşağı saldığını açıqlayıb. Beynəlxalq Enerji Agentliyi isə, qiymətlərdəki yüksəlişlə bərabər ABŞ-da şist nefti istehsalının artacağı proqnozunu verib.
Analitiklər bildirirlər ki, neft qiymətləri 55-56 dollardan yuxarı qalxmaqda çətinlik çəkəcəkdir. Çünki ABŞ istehsalında artım üçün hələ olduqca çox böyük potensial var.
Qərbi Texas nefti (WTI) Nymex birjasına 6 sent yüksələrək bareli 53.28 dollara, Brent Nefti Londonda ICE Futures Europe birjasında 4 sent yüksələrək bareli 55.53 dollara çıxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















