Bitcoin 2 mühüm xəbər ilə bahalaşır
Bitcoin qiymətləri dünən kəskin ucuzlaşma ilə 12 min dollara düşməsinə baxmayaraq, sonradan yayılan müsbət xəbərlər ilə yenidən yüksəlməyə başlayıb.
"Marja" xəbər verir ki, Bitcoin-in qiyməti yenidən 15 min dollar həddinə yaxınlaşıb və saat 13:50-də təxminən 6 faiz artımla 14566 dollara çıxıb.
Bitcoin qiymətlərinin pozitivə qayıtmasına Bitcoin haqqında tarixi sayıla biləcək iki hadisə səbəb olub.
Bunlardan birincisi Nyu-York Birjasından (NYSE) "ProShares" şirkətinin ABŞ Kapital Bazarları Palatasına (SEC) Bitcoin fyuçers müqavilələri ilə iki birja investisiya fondu yaratmaq üçün müraciət etməsidir.
"Bitcoin ETF" ve "Short Bitcoin ETF" adlandırılan həmin fondlar Bitcoin alqı-satqısı etməyəcək, amma Bitcoin fyuçerslərinə investisiya qoyacaqdır. Yəni, Bitcoin fyuçers müqavilələrinin qiymətləri artdıqca fond da yüksələcək və ya azaldıqca fond da azalacaqdır.
Fondun depozitar təşkilatı isə ABŞ-ın ən qədim investisiya banklarından biri olan " Brown Brothers Harriman" olacaqdır.
Kriptovalyuta birja investisiya fondları Bitcoinin əsas investisiya vasitəsinə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
ABŞ bazarlarında birja investisiya fondları digər investisiya alətlərinə nisbətən daha yüksək likvidliyə və aşağı xidmət haqlarına malik olduqlarına görə, geniş kütləyə çıxa bilirlər. Mütəxəssislər, Bitcoin birja investisiya fondlarının daha çox investorları cəlb edə biləcəyini düşünür.
Bitcoin birja investisiya fondlarının fəaliyyətə başlaması üçün ABŞ Kapital Bazarı Palatası icazə verməlidir. Palata, daha əvvəlki analoji müraciətləri kriptovalyuta bazarlarındakı tənzimləmə zəifliyi, hədsiz dalğalanma və manipulyasiyaya açıq olması səbəbindən rədd edilmişdi. Ancaq Nyu-York Birjasının (NYSE) birja investisiya fondlarına icazə verməsi bu cür qorxuları aradan qaldırmağa kömək edir.
GOLDMAN SACHS KRİPTOVALYUTA DEPARTMENTİNİ YARADACAQ
Bitcoin qiymətlərinə və bütün kriptopara bazarına müsbət istiqamətdə təsir edən digər bir hadisə qlobal investisiya bankı "Goldman Sachs"ın kriptovalyutalar üçün ayrı bir əməliyyat departamentini yaratmağa hazırlaşmasıdır. "Goldman Sachs" bu mənada ilk "Wall Street" bankı olacaq.
"Goldman Sachs" Bitcoin fyuçerslərini təqdim edən "Cboe Global Markets" və "CME Group"dan kriptovalyuta satın alan bir neçə iri şirkətdən biri idi. "Citigroup" və "Bank of America" "gözlə və gör" mövqeyindəki digər Wall Street bankalarıdan ikisidir.
Wall Street bankı "Goldman Sachs"ın kriptovalyuta əməliyyatları üçün departament yaradacağını bildirilməsinin ardından, kriptovalyutalar yenidən bahalaşmağa başladılar.
Qiymətlərin yüksəlməsi, internet vasitəsilə istifadə edilən və hər hansı bir mərkəzi nüfuza və ya vasitəçi quruma bağlı olmayan kriptovalyuta vahidləri bazarının həcmi də qiymət artımlarına bağlı olaraq genişlənməyə başladı.
12 min dollara düşən Bitcoin-in qiyməti artaraq yenidən 15 min dollar həddini test etməyə başladı.
Bitcoin 240 milyard dollarlıq bazar həcmi ilə, cəmi 1377 ədəd kriptovalyutanın yaratdığı 550 milyard dollarlıq bazarın 44.1%-ini yaradır. Kriptovalyuta bazarında son 24 saatlıq əməliyyat həcmi isə 46.7 milyard dollar olaraq qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
10 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
10 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
11 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
11 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
11 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
11 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























