Meşə müəssisələri yolka üçün ağac satır - QİYMƏTLƏR
Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir.
Sözsüz ki, təbii yolkanın görünüşü insanda daha xoş təəssürat yaradır. İnsanların ona üstünlük verməsinin səbəbi həm də təbii yolkaların daha ucuz başa gəlməsi olur.
Məsələn, bu yaxınlarda Rusiyada əhalinin maddi vəziyyəti nəzərə alınaraq, eyni zamanda qanunsuz halların qarşısını almaq üçün imkanı çatmayan şəxslərə meşələrdən iynəyarpaqlı ağac kəsməyə icazə verilməsi ilə bağlı təklif irəli sürülüb.
Rusiyada Meşə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər bir insan meşəbəyliyə müraciət edərək ağacın kəsilməsi üçün icazə ala bilər. Ağacın dəyəri isə onun uzunluğundan asılı olaraq dəyişəcək. Ağacın hər metrinin insanlara 200 rubla (təxminən 5-6 manata) təklif edilməsi nəzərdə tutur.
Bazarda süni yolkanın qiymətinin daha yüksək olduğu nəzərə alınarsa, bu, Yeni ili yolka ilə qeyd etmək istəyənlər üçün ən səmərəli variant ola bilər. Qeyd edək ki, hazırda Azərbaycanda 1 metrlik süni yolkalar 60-90 manata satılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov özəl olaraq deyib ki, Azərbaycanın qanunvericiliyi şəxslərə meşələrdən özbaşına ağac kəsməyə icazə vermir. Lakin təbii yolka quraşdırmaq istəyənlər ETSN-nin Meşə Mühafizəsi və Bərpası müəssisəsilərinə müraciət edərək oradan ting ala bilərlər:
“Meşələr əhəmiyyətinə görə 3 qrupa bölünür. I qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. I qrupa daxil olan meşələrdə ağaclar yalnız sanitar vəziyyətinə görə kəsilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir, tam istismara verilir. Rusiyada meşələr çoxdur, onların meşələri sənaye əhəmiyyətlidir. Rusiya iqtisadiyyatının 15 faizini elə meşə sənayesi təşkil edir. Ona görə də Rusiya ilə Azərbaycanı eyniləşdirmək düzgün deyil. Bizim meşələr əhəmiyyətinə görə I qrupa aid olduğundan burada Rusiyadakı kimi sənaye əhəmiyyətli qırıntılar aparılmır. Azərbaycanda əsas enliyarpaylı meşələr var. Amma buna baxmayaraq, bizdə şam, sərv və s. tingləri də yetişdirilir. Yeni ildə müraciət edildikdə pulu ödənilmək şərti ilə ting ala bilərlər”.
S.Salmanov deyib ki, tinglərin biri insanlara boyundan asılı olaraq, təxminən 2-5 manata təklif edilir.
Qanunvericilikdə də ting satışının nəzərdə tutulduğunu deyən nazirlik rəsmisi əlavə edib ki, ETSN-nin həm ting müəssisələri var, həm də Meşə Mühafizəsi və Bərpası müəssisələrinin ərazilərində tinglik üçün sahələr mövcuddur:
“Tinglər lazım olan miqdarda meşə bərpası işlərinə sərf edilir. Artıq qalan isə əhaliyə və təşkilatlara satılır. Meşə Məcəlləsində də bu nəzərdə tutulur. Ona görə də istənilən şəxs ting almaq üçün müraciət edə bilər”.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
41 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
1 saat əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
1 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Rəsmi məzənnələr açıqlandı
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
Ən çox oxunanlar
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb























