Qanunsuz kömür biznesinə qarşı reydlər aparılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 04-10 dekabr 2017-ci il tarixlərində reydlər davam etdirilib.
Keçirilən reydlər zamanı Bakı şəhəri ərazisində İsmayıllı rayonu, Mican kənd sakini Sarvan Kərimova məxsus “Ford Dobl” markalı 10PN392 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 451 kiloqram olan 167 kisə ağac kömürü aparıldığı aşkar edilib.
Fakta bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 467,73 manat məbləğində ziyan tətbiq edilib. Lənkəran rayonu ərazisində keçirilən reyd zamanı Lerik rayonu Piran kənd sakini Kənan Rüstəmova məxsus “Qazel” markalı 43BC938 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,0 m3, Lənkəran rayonu Köhnə Gəgir kənd sakini Fazil Xasmıyevə məxsus “QAZ-66” markalı avtomobilin yük yerində 3,0 m3 həcmində fıstıq və vələs cinsli meşə materialı, Lerik rayonu Ləkər kənd sakini Habil Əzimova məxsus “UAZ” markalı 06BC418 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə ümumi çəkisi 142,5 kiloqram olan 19 kisə ağac kömürü aşkar edilib.
Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 272,11 manat məbləğində ziyan tətbiq edilib. Masallı rayonu ərazisində keçirilən reyd zamanı rayonun Dənbəlov kənd sakini Nicat Rzayevə məxsus “UAZ” markalı 12BB402 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 1,25 m3 həcmində ağcaqayın cinsli girdə işlik materialı, Xəlifələr kənd sakini Əliheydər Qənbərova məxsus “QAZ-51” markalı 44BL813 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,0 m3 həcmində palıd cinsli işlik material aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 273,33 manat məbləğində ziyan tətbiq edilib.
Cəlilabad rayonu ərazisində keçirilən reyd zamanı rayonun Lerik rayonu Çayyurd kənd sakini Dəyanət Muradova məxsus “QAZ-53” markalı 43BA376 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,0 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 77,7 manat məbləğində ziyan tətbiq edilib. Göygöl rayonu ərazisində keçirilən reyd zamanı rayonun Üçtəpə kənd sakini Vaqif Abbasova məxsus “UAZ” markalı 54BE221 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 240 kiloqram olan 15 kisə ağac kömürü aşkar olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və ona 248,90 manat məbləğində ziyan tətbiq olunub.
Eyni zamanda Toğana kənd sakini Ağa Quliyev tərəfindən meşə fondu torpağında ağac kömürü hazırlanması məqsədilə 1 ədəd quyunun qazıldığı və 2,0 m3 həcmində qanunsuz yolla əldə edilmiş meşə materialından istifadə olunduğu aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona 538,50 manat məbləğində ziyan və cərimə tətbiq edilib.
Göyçay rayonu ərazisində keçirilən reyd zamanı rayonun Şahsoltanlı kənd sakini Sakin Quliyevə məxsus “QAZ-52” markalı 54-80 AQP dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,5 m3 həcmində palıd və vələs cinsli meşə materialı aşkar olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və ona 38,80 manat məbləğində ziyan tətbiq olunub.
Goranboy rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xoylu kənd sakini Akif İbrahimova məxsus sexdə kömür yandırılması məqsədilə primitiv üsulla quraşdırılmış 7 m3 həcmində 1 ədəd dəmir çən, 34 m3 həcmində yulğun cinsli kollardan tədarük olunmuş odun və ümumilikdə çəkisi 25 kiloqram olan 10 kisə kömür aşkar edilib.
Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona 660,61 manat məbləğində ziyan və cərimə tətbiq edilib. Hazırda ölkənin bütün ərazilərində reydlər davam etdirilir.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
2 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib

























