"Unibank"ın kapitalı 130 milyon manata yaxınlaşa bilər
“Unibank” təxminən 10 milyon manat dəyərində yeni səhmlərini satacaq. Diqqəti cəlb edən, səhmlərə abunə yazılışının elan edilməsidir. Bu, Banka yeni səhmdarların gələ biləcəyinə işarədir.
“Unibank” Kommersiya Bankı ASC-nin nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq, Bankın hər birinin nominal dəyəri 2,72 manat olan ümumi dəyəri 10 000 001,12 (on milyon bir manat on iki qəpik) manat məbləğində səs hüququ verən 3 676 471 ədəd adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Səhmlər 12.12.2017-ci il tarixində AZ1003002024 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınmışdır.
"Marja" xəbər verir ki, bu barədə Bankın elanında deyilir.
Bununla, Bank buraxılan səhmlərə abunə yazılışı elan edib və abunə yazılışı müddəti 22 dekabr 2017-ci il tarixinədək (bu tarix daxil olmaqla) müəyyən edilir.
Səhmlərin yerləşdirilməsi (səhmlərin satışı) kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcəkdir.
Eyni zamanda, Bankın mövcud səhmdarları səhmləri almaqda üstünlük hüququna malikdirlər və bu hüquqlardan istifadə edə bilərlər.
Səhmlər almaq və üstünlük hüququndan istifadə etmək niyyəti olduğu halda, əldə etmək istənilən səhmlərin dəqiq sayını göstərməklə abunə yazılışı üçün sifarişlərini yazılı şəkildə 22 dekabr 2017-ci il tarixinədək (bu tarix daxil olmaqla) təqdim edə bilər.
Sifarişlər abunə yazılışı üçün yuxarıda nəzərdə tutulan müddətlərdə səhmlərin yerləşdirilməsində anderrayter kimi iştirak edəcək “Unicapital” İnvestisiya Şirkəti”nə təqdim edilməlidir:
Səhmlərin hamısı satılsa, "Unibank"ın nizamnamə kapitalı 8,36% artaraq 119 686 326,72 manatdan 129 686 327,84 manata yüksələcək.
Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 44 002 326 ədəd səhmi var. Səhmlərin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın DEG investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
9 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























