Komitənin tətbiqini 220000-dən çox istifadəçi yüklədi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir texnologiyaların tətbiqi ilə hazırlanmış “AzNav” 01.01.2017-ci il tarixindən - ölkənin ilk rəsmi Naviqasiya Sistemi əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında və marşrutun müəyyən olunmasında maraqlı olan digər tərəflərin istifadəsinə verilmişdir.
GPS naviqasiya sistemi "Aznav" Ünvan Reyestri İnformasiya Sistemi-nin (ÜRİS) məlumatları əsasında hazırlanıb. “Naviqasiya Sistemindən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür.
Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanın malikdir.
"AzNav" həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər və digər fəaliyyətlərdə son dərəcə faydalıdır.
Eyni zamanda, naviqasiya sistemindən istifadə etməklə ünvan axtarışı məsələləri sadələşəcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Bu sistem həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Sistem "Android", "iOS" (Apple), "Windows CE" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, həmçinin telefon və planşetlərdə işləyir".
Android əməliyyat sistemli mobil qurğulara (telefon,planşet və.s) proqramı yükləmək üçün Play Marketə daxil olub AzNav yazaraq axtarış vermək və yükləyib istifadə etmək mümkündür. İOS (Apple istehsalı) əməliyyat sistemli mobil qurğular (telefon, planşet və.s) üçün isə proqram App Store-dan yükləmək mümkündür. Eyni zamanda AzNav-I yükləmək üçün http://www.aznav/az AzNav portalına daxil olaraq pulsuz yükləmək olur.
"AzNav" ölkənin ilk milli naviqasiya sisteminin hazırlanıb istifadəyə verilməsi əhaliyə innovativ xidmətlərin göstərilməsi, ictimai xidmətlərin göstərilməsində operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biridir.
"AzNav" ilk milli naviqasiya sisteminin istifadəyə verilməsi ölkə başçısının fərman və tapşırıqlarının icrası yönündə atılmış növbəti mühüm addım olmaqla, vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, Aznav 01.01.2017-ci il tarixindən 220000-dən çox istifadəçi tərəfindən yüklənmişdir.
Dəqiq və hər zaman yenilənən oflayn GPS naviqasiya sistemi “AzNav”, Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanıb. “AzNav” həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır.
Naviqasiya Sistemindən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür.
Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir.
“AzNav” həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Sistem Android, iOS (Apple), Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda çalışır. Android əməliyyat sistemli mobil qurğulara (telefon, planşet və s.) proqramı yükləmək üçün Play Marketə daxil olub AzNav yazaraq axtarış vermək və yükləyib istifadə etmək mümkündür. iOS (Apple istehsalı) əməliyyat sistemli mobil qurğular (telefon, planşet və s.) üçün isə proqram App Store-dan yükləmək mümkündür.
“AzNav” 10 dildə Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. “AzNav” yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir.
Naviqasiya Proqramı həm ünvana görə, həm də seçilmiş obyektə görə də marşrutu göstərir. Seçilmiş yol ilə hərəkət zamanı yolda nəqliyyat vasitəsinin maksimal sürətini, yol üzərində olan radarları, döngə nöqtələrini, parkinqləri, yanacaqdoldurma məntəqələrini, digər xidmət, ictimai iaşə obyektləri, yol keçidləri və tıxacları bildirir. Nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənir.
Hərəkət zamanı marşrut üzərində olan hadisələr barədə məlumatları Naviqasiya proqramındakı funksiya vasitəsilə Sistemin Çağrı Mərkəzinə göndərə bilir. (Çağrı mərkəzi ilə əlaqə - SOS funksiyası). Yolda baş vermiş hadisə haqda məlumat çağrı mərkəzinə bir kliklə ötürülür. GPS vasitəsilə cari ünvan avtomatik təyin oluna bilər. Təyinat məntəqəsinə qədər sürətli/qısa marşrutun hesablanması və marşrutdan yayınma halında marşrutun yenidən bərpası mümkündür.
Proqramda yollarda olan tıxacların vəziyyəti xəritə üzərində rənglərlə vizualizasiya olunur, yol hadisələri ikonlarla göstərilir. Marşrut zamanı səsli (Azərbaycan, Rus, İngilis və digər dillərdə) və görüntülü müşayiət mümkündür, radar və bəzi yol nişanları haqda bildirişlər ekrana çıxır.
Proqramda sürətə nəzarət sistemi, marşrutun hesablanması üçün rejimin seçilməsi imkanları mövcuddur. Xəritənin 3 ölçülü (3D), gecə və gündüz rejimlərində əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir.
Naviqasiya Sisteminin digər üstünlüyü odur ki, həm yeni, həm də köhnə ünvan konsepsiyası əsasında çalışır. Yəni, ünvana görə axtarış həm “girişnömrələrinə” (yeni konsepsiya), həm də “bina nömrələrinə” (əvvəlki konsepsiya) görə həyata keçirilə bilər. Digər axtarış funksiyaları da mövcuddur ki, bunlar obyektə (POI) görə, koordinata görə, yol kəsişmələrinə görə naviqasiya seçimləridir. Tapılmış obyektlərin (POI) tipinə görə göstərilməsi mümkündür.
Axtarış sətrinə yarımçıq və ya hərf səhvlərilə daxil edilən mətnə görə nəzərdə tutula biləcək nəticələr ekranda göstərilir. Bir dəfə seçilən ünvanlar, obyektlər və marşrutlar avtomatik proqramın yaddaşında saxlanılır.
Eyni zamanda, proqramda odometr funksiyası da aktivdir. “Evə apar” funksiyası isə cari məntəqədən “ev” kimi yaddaşda qeyd edilmiş məntəqəyə qədər marşrutun hesablanmasına imkan verir. Proqram vasitəsilə başqa istifadəçilərlə əks əlaqə imkanı da var. Belə ki, cari məntəqənin koordinatları, obyektlər, yol kəsişmələri və marşrutlar haqda məlumat SMS, WhatsApp, Facebook və elektron poçt vasitəsilə başqa istifadəçilərlə paylaşıla bilər.
Ölkənin ilk rəsmi Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759 min 227 bina və tikili, 77 min 972 maraq nöqtəsi POI (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)









.jpg)
