Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Nəzərdə tutduğumuz əsas hədəfə hələ çatmamışıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nəzərdə tutduğumuz əsas hədəfə hələ çatmamışıq"

Səudiyyə Ərəbistanının neft naziri, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Konfransının sədri Xalid Əl-Falih, neft istehsalının məhdudlaşdırılmasına (azaldılmasına) dair müqavilənin 2018-ci ilin sonuna uzadıldığını bildirib.
 


"Marja" xəbər verir ki, Əl-Falih, Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC-in 173-cü Növbəti Toplantısının ardından qəbul edilən qərarları açıqlayıb.

Reklam_3_11


 
 Əl-Falih neft hasilatının azaldılması müqaviləsilə bağlı olaraq. "Müqaviləni, 2018-in dekabr ayına qədər uzatmaq qərarı verdik. 2018-in aprel ayından başlayaraq dekabr ayına qədər uzatmağı razılaşdırdığımız müqaviləyə, bütün üzv ölkələr riayət etməlidir",- deyib.
 

Ötən ilin noyabr ayında verilən tarixi qərarın əhəmiyyətini vurğulayan Əl-Falih, bir illik zaman ərzində OPEC üzvü olan və üzv olmayan neft istehsalçısı ölkələr ilə neft bazarlarında sabitlik və investisiyaları artırmaq üçün çalışdıqlarını deyib.


 
Əl-Falih, 2017-ci ilin sonunda OPEC Konfrans Rəhbərliyinə Səudiyyə Ərəbistanının sədrliyinin sonra çatacağını, 2018 üçün OPEC Konfrans Rəhbərliyini Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Suhail Mohamed Al Mazroueinin aparacağı məlumatını verib.
 

Neft hasilatının iyun ayından etibarən 50 milyon barrel gerilədiyini bildirən Əl Falih, son 5 illik orta səviyyəyə çatmaq üçün mühüm bir trend qeyd edildiyini ifadə edib.


 
Əl Falih, 30-a yaxın ölkənin bir araya gələrək, neft istehsalçı və istehlakçılarını nəzərə alaraq bir qərar verdiklərini deyib.
 

OPEC üzvü olmayan ölkələr də OPEC-in verdiyi qərara tabe olacaqlar


 
173-cü OPEC Toplantısının ardından OPEC üzvü olmayan ölkələrin iştirakı ilə 3-cü OPEC üzvü və OPEC üzvü olmayan neft istehsalçı ölkələrin iclası da keçirilib.


OPEC üzvü olmayan ölkələr adından danışan Rusiyanın energetika naziri Aleksandr Novak, OPEC-in Vyana Müqaviləsinin Əməkdaşlıq Bəyannaməsinin uğurla həyata keçirilməkdə olduğunu və neft bazarı üzərində güclü və müsbət təsir etməyə davam etdiyini görməkdən duyduğu məmnuniyyəti dilə gətirib.


 
Novak, "Nəzərdə tutduğumuz əsas hədəfə hələ çatmamışıq. Bu səbəbdən qlobal hədəfə çatmaq üçün birlikdə işləməyə davam edəcəyik",- deyib.


 
OPEC-in bir il əvvəl verdiyi tarixi qərar kimi, 2018-in sonuna qədər neft istehsalının məhdudlaşdırılmasına dair müqavilənin uzadılmasının yerində bir qərar olduğunu qeyd edən Novak, OPEC üzvü olmayan ölkələr olaraq iş birliyini davam etdirəcəklərini, hər iki tərəfin əməkdaşlıqla son 5 illik hasilat ortalamasına çatılacağını bildirib.


 
OPEC-in 172-ci Toplantısında neft hasilatının azaldılması müqaviləsinin müddəti 2018-ci ilin mart ayının sonuna qədər uzadılmışdı.

01.12.2017 05:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ