Dou Cons tarixində bir ilk!
Nyu-York birjası, makroiqtisadi göstəricilər və şirkətlərin maliyyə göstəricilərinin ardından günə yüksəlişlə başlayıb, Dou Cons (Dow Jones) İndeksi rekord qırıb.
"Marja" xəbər verir ki, açılışda, Dou Cons Sənaye İndeksi 77,36 bənd (0,32 faiz) artımla 24018,04 bəndə qalxaraq tarixində ilk dəfə 24 min səviyyəsini aşıb. Standard & Poor's 500 İndeksi də 8,70 bənd (0,33 faiz) qazancla 2634,77 bəndə yüksələrək rekord yeniləyib.
Dünən 1,3 faiz dəyər itirən Nasdaq Texnologiya İndeksi isə 28,29 bənd (0,42 faiz) yüksəlişlə 6852,68 bənddən günə başlayıb.
ABŞ-da bu səhər açıqlanan məlumatlara görə, şəxsi xərclər oktyabrda proqnoza paralel olaraq 0,3 faiz artıb, şəxsi gəlirlərisə 0,4 faiz artaraq proqnozu keçib.
Bundan başqa, ABŞ Mərkəzi Bankı Fed-in seçim etdiyi inflyasiya göstəricisi olan baza PCE qiymət indeksi aylıq müqayisədə 0,2 faiz və illik müqayisədə 1,4 faiz artaraq gözləntini qarşılayıb. Ölkədə ilk dəfə işsizlik maaşı üçün müraciətlərin sayı isə keçən həftə 238 minə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
- 21 d. əvvəl
-
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























