"Neftin qiyməti indiki səviyyədə qalacaqsa, manat zəifləməyəcək"
"Azərbaycanda tam üzən məzənnə siyasəti aparılmır"
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.
O, "siz manatın hansı səviyyədə qərarlaşacağını proqnozlaşdırırsınız?" sualına, "Onu heç kəs deyə bilməz. Manata təsir edən faktorlar var. Əgər bazar iqtisadiyyatında söhbət gedirsə, dünya valyutalarının məzənnələrində dəyişiklik manata da təsir edir. Azərbaycanda tam üzən məzənnə siyasəti aparılmır. Mərkəzi Bank müəyyən qədər tənzimləyir. Məzənnə sabitliyi çox vacibdir. Belə olan halda ölkə iqtisadiyyatı inkişaf edir", şəkilində cavab verib.
"MƏZƏNNƏ 1.80-1.90 OLA BİLƏR"
Deputat bildirib ki, ola bilər gələn ilə məzənnə sabit qalacaq:
"Neftin qiyməti indiki səviyyədə qalacaqsa, manat zəifləməyəcək. Neftin qiyməti 40 dollardan aşağı düşərsə, əlbəttə, devalvasiya olacaq. Ola bilər ki, Mərkəzi Bank gələn ilin əvvəllində qərar verdi ki, tam üzən məzənnəyə keçir, o zaman manatın dollara nisbətdə məzənnəsi 1.80-1.90 ola bilər. Azərbaycanda həmişə idxal ixracı üstələyib, bu da mənfi saldodur. İlk dəfə 2017-ci ildə müsbət saldoya nail oduq. Deməli, bunu etmək mümkündür. Lazım olmayan mal Azərbaycana gətirilməməlidir, daha gərəkli mallar gətirilməlidir. Belə olan halda artıq pul xərclənməz. Nəzarət mexanizmi builki kimi həyata keçirilsə, problem olmayacaq. Əslində, manatın devalvasiyasını gözləmirəm.
Bu məsələlər gündəmdədir. Hamını manatın məzənnəsinin qorunub-saxlanılması maraqlandırır. Əgər Amerika dolların uçot dərəcəsini dəyişdirəcəksə - məlumata görə, onlar dolları möhkəmləndirmək istəyirlər - bu, Azərbaycanın milli valyutasına öz təsirini göstərəcək. Manat qıtlığı yaranmayacaqsa, müəyən qədər dövriyyədə pul olacaqsa, bu da manata öz təsirini göstərəcək. Əsas məsələ neftin qiymətidir, ola bilər, qiymət bir qədər aşağı ensin. Təbii ki, bu da manata öz təsirini göstərəcək. Həmişə demişəm, manat gec-tez öz yerini tapmalıdır".
Vahid Əhmədov bildirib ki, neftin qiyməti iqtisadi deyil, siyasi məsələdir:
"Deyirlər, guya birjada müəyyən olunur, boş söhbətlərdir. Bu məsələ kabinetlərdə həll edilir. Azərbaycan OPEC-lə danışıqlar aparır. Məsələn, İran deyir ki, uzun müddət neftin satışına embarqo qoyulub, ona görə də neftin satışına məhdudiyyət qoymur. Üzv ölkələr razılığa gəlsələr, neftin ixracını həminki səviyyədə saxlasalar, problem olmayacaq. Məsələn, üzv dövlətlərdən hansısa, məsələn, Ərəbistan desə ki, məhdudiyyətin əleyhinədir, o zaman problem yaranacaq. Ona görə də indidən nəyəsə proqnoz vermək çətindir. Çünki siyasət indiki zamanda anbaan dəyişir. Heç kəsin ağlına gəlməzdi ki, Türkiyə, Rusiya və İranla əlaqələr bu səviyyədə olacaq. Azərbaycanı dünyada müdafiə edən yeganə dövlət Türkiyədir. Bu, faktdır. Bir müddət öncə, Dağlıq Qarabağ mövzusunda konfrans keçirilirdi. Həmin tədbirdə İndoneziyanın və İranın Azərbaycandakı səfirləri də iştirak edirdi. Dedim, İndoneziyanın və Pakistanın Ermənistanla heç bir əlaqəsi yoxdur, amma burada səfirlər var ki, təmsil etdikləri ölkələr Ermənistanla əlaqələri var. Amma bizə deyirlər, guya əlaqələri yoxdur. Onlar necə müsəlman dövlətləridir ki, Ermənistanla əlaqələri var?!"
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
3 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
3 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)











