Vergilər geyim mağazalarında böyük yayındırmalar aşkar etdi
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən Bakı şəhəri Yasamal və Xətai rayonlarının ərazisində Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilib.
Vergilər Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, bu tədbirlər zamanı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində və Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən “Forte Fashion”, habelə Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən “Forte Fashion” və “Forte kids” adlı geyim mağazalarında vergi orqanında uçota alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi faktları aşkar olunaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada rəsmiləşdirilib.
Bununl yanaşı, D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində yerləşən “Forte Fashion” geyim mağzasında 4 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 255389 manat məbləğində malların uçotdan yayındırılması, Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən “Forte Fashion” geyim mağazasında 8 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 291919 min manat məbləğində malların uçotdan yayındırılması, Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən “Forte Fashion” geyim mağazasında 72 564 manat, “Forte kids” uşaq geyimləri mağazasında 57394 manat məbləğində malların uçotdan yayındırılması halları müəyyən edilib.
Vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı vergi əməkdaşlarına öz xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törətməyə, mağazalarda çalışan işçiləri gizlətməyə cəhdlər olunub. Aparılmış araşdırmalar nəticəsində qeyd olunan təsərrüfat subyektlərində (obyektlərində) Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində vergi ödəyicisi kimi uçota alınmış İmanov İman İlqar oğlunun sahibkarlıq fəaliyyəti göstərdiyi müəyyən edilib.
Keçirilmiş vergi nəzarəti tədbirləri zamanı İmanov İman İlqar oğluna aid olan, Bakı şəhəri Nəsimi Rayonu, Hüseynbala Əliyev ev 34, m.36 ünvanda yerləşən “Forte kids” adlı geyim mağazasında da 3 fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb olunması və 82000 manat malların uçotdan yayındırıldığı aşkar edilib.
Aparılmış vergi nəzarəti tədbirləri zamanı “Forte kids” və “Forte fashion” əmtəə nişanı adı altında 5 obyektdən 4-də qanunsuz sahibkarlıq fəaliyyəti göstərildiyi, həmin obyektləırin ümumi sahəsinin 700 kv. metr, uçotdan gizlədilmiş malların dəyərinin 729266 manat, əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş fiziki şəxslərin sayının isə 15 nəfər olduğu müəyyən edilərək, aşkarlanmış faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























