Bank Respublika premium kartını təqdim edir
MasterCard World Black Edition – tez-tez səyahət edən, komfort və yüksək xidmət dərəcəsinə üstünlük verən müştərilər üçün unikal imkanları olan bank kartıdır.
“Premium” xidmət paketi çərçivəsində hazırlanan kart üzrə bir sıra üstünlük və xidmətlər MasterCard ödəniş sistemi tərəfindən təqdim olunur.
Ödəniş sistemi müstəsna imtiyazlar təqdim edir:
-Müxtəlif məsələlərin həlli üçün konsyerj xidməti və ilin 365 günu 24 saat ərzində MasterCard World Black Edition beynəlxalq kartlarının xüsusi imtiyazları.
-Bu kartla planetin istənilən nöqtəsində Mastecard qlobal dəstək xidmətinə güvənə bilərsiniz. MasteCard dəstək xidmətinə Sizə uyğun vaxtda bank kartı ilə əlaqədar bütün suallarınızı ünvanlamaq olar. Kart itirildikdə onun bloklaşdırılması ilə bağlı müraciət edə bilərsiniz, həmçinin, kartın təcili yenilənməsi xidmətindən faydalana bilərsiniz.
-Səyahət zamanı sığorta xidməti - bütün xərclərini MasterCard World Black Edition kartı ilə ödədikdə Siz tibbi sığorta xidməti, uçuşun yubanması/ləğv edilməsi və baqajın gecikməsini sığortalamaq hüququndan istifadə edə bilərsiniz.
-Dünyanın ən böyük hava limanlarının biznes-zallarına sərbəst giriş. PriorityPass kartı dünya üzrə bütün aeroportların gözləmə zallarına (biznes zallarına) Sizin etibarlı vəsiqəniz olacaq.
-Sahibinin statusunu təsdiq etməklə yanaşı MasterCard World Black Edition kartı sadə, sürətli və təhlükəsiz ödəniş vasitəsidir. Kontaktsız ödənişin unikal texnologiyası alışların bircə toxunuşla ödənilməsinə imkan verir. Bunun üçün kartı kassa və ya terminala yaxınlaşdırmaq yetərlidir.
Premium kartını Bank Respublikanın istənilən filialında sifariş etmək mümkündür. Əsas kart kimi rəsmiləşdirilir və 1 ildən 3 ilədək müddətinə verilir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 25 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
1 saat əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
2 saat əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
2 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
2 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Ən çox oxunanlar
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib



















.jpg)





