Azərbaycana 8 milyard dollar ixrac gəliri gətirəcək zavod
SOCAR “SOCAR Polymer” şirkətinin iki zavodunun fəaliyyətindən ümumi ixrac gəlirlərini 8 mlrd.dollar səviyyəsində proqnozlaşdırır. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
“"SOCAR Polymer”in zavodlarının tikintisi Azərbaycanda son 40 ildə həyata keçirilən ən iri neft-kimya layihəsi oldu. Müəssisələr 2018-ci ilin I yarısında işə salınacaq. Şirkətin zavodlarının fəaliyyətindən ümumilikdə 8 mlrd. dollar məbləğində ixrac gəlirinin əldə olunacağı gözlənilir", - deyə o bildirib.
SOCAR prezidentinin sözlərinə görə, “SOCAR Polymer”in müəssisələrində istehsal olunan məhsulun 70%-i Türkiyəyə, Avropaya, Qara dəniz regionu ölkələrinə ixrac olunacaq, qalan 30% isə daxili bazara yönəldiləcək.
Hazırda “SOCAR Polymer” iki zavodun – illik gücü 180 min ton olan polipropilen və illik gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen zavodlarının tikintisini həyata keçirir.
Zavodların tikintisi üzrə layihənin dəyəri 750 mln. dollar təşkil edir, bunun 40%-i “SOCAR Polymer”in səhmdarları, 60%-i “Qazprombank” ASC tərəfindən maliyyələşdirilir.
“SOCAR-Polimer” SOCAR tərəfindən təsis edilib. Nizamnamə kapitalı 100 mln.dollar təşkil edir. 2013-cü ilin sonlarından müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i “PAŞA Holdinq”, “Gilan Holding” və “Azersun Holding”ə məxsusdur.
Qeyd edək ki,“SOCAR Polymer” polipropilen istehsal edəcəkdir. Polipropilen məhsulu qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialıdır.
KARBAMİD İXRACINDAN İLLİK 150 MİLYON GƏLƏCƏK
SOCAR-ın prezidenti Rövnəq Abdullayev əlavə edib ki, Azərbaycanın karbamid ixracından illik 140-150 mln.dollar məbləğində gəlir əldə edəcəyi proqnozlaşdırılır.
“Zavodun tikintisi 2017-ci ilin sonunadək başa çatacaq və müəssisə 2018-ci ilin əvvəlində işə salınacaq. Zavodun məhsullarının ixracından Azərbaycan illik 140-150 mln. dollar məbləğində gəlir əldə edəcək", - deyə o bildirib.
R.Abdullayev qeyd edib ki, dəyəri 750 mln. dollar olan bu layihənin reallaşdırılması Azərbaycan iqtisadiyyatına böyük töhfə, aqrar-sənaye kompleksinin inkişafına isə yeni təkan verəcək.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























