Müayinə və müalicəni təmənnasız həyata keçirəcək - ƏMƏKDAŞLIQ
Heydər Əliyev Fondu ilə “Caspian International Hospital” xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Fonddan bildiriblər ki, əməkdaşlıq çərçivəsində “Caspian International Hospital” xəstəxanası ilə talassemiyalı xəstələrin Respublika Talassemiya Mərkəzində cərrahiyyə, reanimasiya və Mərkəzdə mümkün olmayan bir çox müayinə və müalicəsinin təmənnasız olaraq həyata keçirilməsi reallaşacaq.
Müqavilənin imzalanması Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrə geniş spektrdə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün həyata keçirilən tədbirlər planının bir hissəsidir.
Eyni zamanda, Heydər Əliyev Fondunun müxtəlif şəxsləri müayinə və müalicə üçün xarici ölkələrə göndərməsi zamanı müvafiq klinikalarla əlaqə yaradılmasında, sənədlərin toplanmasında kömək göstəriləcək. Müalicəsi “Caspian International Hospital” xəstəxanasında həyata keçirilən müraciətlərin ödənişsiz və ya xüsusi güzəştlərlə təmin olunması da nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























