"2018-ci il Mərkəzi Bank üçün yeni çətinliklər ortaya çıxaracaq"
Mərkəzi Bankın faiz dəhlizinin parametrlərini dəyişməz saxlaması yüksək inflyasiya təzyiqin qalması ilə bağlıdır.
Bunu "Marja"ya tanınmış iqtisadçı-ekspert Samir Əliyev deyib.
"Bank açıqlamasında illik inflyasiya səviyyəsinin sabitləşməsi fonunda inflyasiya üzərində orta və uzunmüddətli risklərin qaldığını qeyd edib. Milli valyutanın nisbi sabitliyinə nail olan monetar qurum inflyasiyanı hələ də cilovlaya bilməyib. Ölkə daxilində manatı cüzi bahalaşdırmaqla inflyasiya idxalını azaltsa da dünya bazarında bir sıra ərzaq məhsullarının bahalaşması inflyasiya idxalını artırıb. Üstəgəl yerli istehsalı dəstəkləmək üçün bəzi malların idxalına tətbiq edilən rüsumların artırılması da qiymətləri yuxarı çəkib. Dünya bazarında neftin əhəmiyyətli dərəcədə bahalaşması və Neft Fondunda makroiqtisadi sabitlik dəstəyi Mərkəzi Banka nisbi sabitliyi təmin etməyə imkan verib. Ancaq 2018-ci il Mərkəzi Bank üçün yeni çətinliklər ortaya çıxaracaq".
"HƏTTA UÇOT DƏRƏCƏSİNİ QALDIRACAĞINI İSTİSNA ETMİRƏM"
Samir Əliyev qeyd edib ki, qeyri-monetar amillər, o cümlədən dövlət xərcləmələri inflyasiyanı dəstəkləməkdə davam edəcək: "Növbəti ilin dövlət büdcəsinin xərclərinin yenidən artması, xüsusən də investisiya xərclərinin 50%-dən çox artması iqtisadi aktivliyi yüksəldəcək və böyük həcmli manat kütləsini bazara yönəldəcək. Bu baxımdan fevral görüşündə də uçot dərəcəsinin dəyişməz qalacağını ehtimal etmək olar. Hətta uçot dərəcəsinin 16-17%-ə qaldırılmasını da istisna etmirəm. Vəziyyətdən asılı olaraq faiz dəhlizinin aşağı həddi də aşağı salına bilər. Bu, əlbəttə bir sıra amillərdən, o cümlədən dünya bazarında neftin qiymətindən asılı olacaq. Gələn il seçki ili olduğundan istehlak və investisiya məqsədli xərclərmələr artacaq ki, bu da inflyasiyanı alovlandıracaq".
xəbər verdiyimiz kimi. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul etmişdir. Daha ətraflı: http://marja.az/news/16080
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























