AZAL helikopterlər alır
"Dubai Airshow 2017" sərgisində Azərbaycanın mülki aviasiyası sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub
Dubayda dünyanın 60-dan çox ölkəsindən 1200-dən çox eksponentin iştirak etdiyi və 160-dan çox müasir təyyarənin təqdim olunduğu ən böyük beynəlxalq aviasiya sərgisi "Dubai Airshow 2017" keçirilir. "Dubai Airshow 2017" mülki və hərbi aviasiya sənayesində mühüm beynalxalq hadisədir.
Azərbaycanı bu nüfuzlu aviasalonda Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə və digərlərinin də daxil olduğu rəsmi nümayəndə heyəti təmsil edir.
Sərgi çərçivəsində danışıqların yekunlarına əsasən sazişlər imzalanıb və mülki aviasiya sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub.
Ən önəmli sazişlərdən biri AZAL QSC-nin prezidenti Cahangir Əsgərov, “Boeing Commercial Airplanes”ın prezidenti - baş icraçı direktoru Kevin Makalister və "Boeing Global Services"in prezidenti - baş icraçı direktoru Sten Dil tərəfindən beş “B787-8 Dreamliner” və iki B747-8F (və ya B777F) təyyarələrinin alınmasına dair imzalanan saziş olmuşdur. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.
Daha bir saziş “Azərbaycan Hava Yolları” QSC və “Rockwell Collins International” şirkəti arasında Azərbaycanın milli aviadaşıyıcısının yeni “Boeing 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükünə dair imzalanmışdır. Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq.
Cahangir Əsgərovun "Embraer Commercial Aviation"nın rəhbəri Con Slatteri ilə görüşündə tərəflər ikitərəfli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Danışıqların yekunlarına əsasən lizinq şərtləri ilə iki "Embraer 190" təyyarəsinin alınmasına dair saziş imzalanıb.
Azərbaycan nümayəndə heyəti həmçinin "Dubai Airport Freezone" stendini ziyarət edib və burada hava limanı ərazisində Azad iqtisadi zonanın (AİZ) yaradılması təcrübəsi ilə tanış olub.
Cahangir Əsgərov və "Qrajdanskie Samoletı Suxoqo" («Гражданские самолеты Сухого») SC-nin prezidenti Aleksandr Rubtsov danışıqlardan sonra "Sukhoi Superjet 100" təyyarəsinin yeni biznes versiyasını nəzərdən keçiriblər.
Həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti "Vertoletı Rossii" («Вертолеты России») Holdinqinin baş direktoru Andrey Boqinski ilə danışıqlar aparıb. Danışıqların yekunlarına əsasən Azərbaycanın "Silk Way Helicopter Services" şirkəti hərbi helikopterlər də daxil olmaqla bütün model helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb.
Məhsuldar danışıqlar eyni zamanda "Leonardo" şirkəti ilə də aparılıb və danışıqların yekunlarına əsasən offşor əməliyyatlar üçün "AgustaWestland AW169" helikopteri, həmçinin aero, foto və video çəkilişlərin aparılması üçün "AgustaWestland AW109" helikopterinin alınması üzrə saziş imzalanıb.
Cahangir Əsgərovun "Antonov" dövlət müəssisəsinin prezidenti vəzifəsini icra edən Aleksandr Krivokon ilə danışıqlarının əsas yekunu Azərbaycanın ərazisində "АN-178" təyyarəsinin birgə istehsalının yaradılması üzrə əldə olunan razılaşma olmuşdur. "Silk Way" aviaşirkəti tərəfindən "AN-124" təyyarəsinin alınması ilə əlaqədar olaraq görüşdə Azərbaycanın ərazisində bu tip təyyarəyə birgə texniki xidmət haqqında qərar qəbul olunub.
"İmzalanan sazişlər və əldə edilən razılaşmalar Azərbaycan mülki aviasiyasının gələcək inkişafı və yeni iş yerlərinin yaradılması üçün mühüm stimul olacaq",- AZAL-dan Marja-ya bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 47 d. əvvəl
-
53 d. əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
2 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Ən çox oxunanlar
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır






















