Nazir: "Üç yaşınadək uşağı olan ailələrə verilən müavinətlər artırıla bilər"
“Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
Komitə sədri məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib.
Onun fikrincə, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliyyət Proqramı hazırlanmalıdır.
MM-in Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu məsələ üzərində düşünüldüyünü bildirib: “Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim, həm də nazir Səlim Müslümovun gündəmindədir”.
Səlim Müslümov isə deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir: "Bu çərçivədə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
35 d. əvvəl
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunub
-
37 d. əvvəl
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Baş direktor təyin edilib
- 40 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasının Belarus üzrə nümayəndəsi təyin olundu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital "PASHA Yatırım Bankası" istiqrazlarına birgə anderrayterlik edir
-
1 saat əvvəl
"PAŞA Holding" gəlirlərini və digər göstəricilərini açıqladı