Bakı Fond Birjası audit və konsaltinq şirkətilə saziş imzaladı
BFB-nin Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş – “Listinq Məsləhət Proqramı” üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq audit və konsaltinq xidmətləri göstərən “Grant Thornton International” (GTI) Azərbaycan şirkəti qoşulmuşdur. Bu barədə "Marja"ya Bakı Fond Birjasından bildirilib.
Bununla əlaqədar olaraq, 27 Oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasının İdarə Heyəti sədri Vüqar Namazov və GTI-nin Azərbaycan şirkətinin idarəedici partnyoru Farouk Mohamed tərəfindən “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanmışdır.
Əməkdaşlıq haqqında Sazişə əsasən GTI şirkəti, BFB-yə müraciət etmiş Emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyyə və təlim xidmətlərinin təqdim edilməsi və birgə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.
BFB-nin Listinq Məsləhət Proqramının məqsədi kapital bazarı vasitəsi ilə şirkətlərə dayanıqlı maliyyələşməyə dəstək göstərmək və Azərbaycan kapital bazarlarını təşviq etməkdir.
LAP çərçivəsində, şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LAP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.
LAP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.
“Grant Thornton International”şirkəti dünyanın aparıcı mühasibat və konsaltinq təşkilatlarından biridir. Bu cür təşkilatlar özəl biznes qurumlarını və ictimai əhəmiyyətli qurumlara maliyyə rəyi, vergi və mütəxəssis məsləhəti xidmətləri göstərir. Şirkətin üzv və müxbir firmaları ilə 120-dən çox ölkədə 35000-dən çox işçi heyəti ilə birlikdə yüksək keyfiyyətli və fərdi xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)





.jpg)




