Neft "Taxt Oyunları" ilə 2 ilin zirvəsində
Neft qiymətləri, dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanda kralın olğlu, vəliəhd Şahzadə Məhəmməd bin Salmanın korrupsiya ittihamları ilə yüksək səviyyəli rəsmiləri vəzifələrindən azad və həbs etdirməsilə bağlı olarq iki ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, Vəliəhd Şahzadə, dövlətə məxsus neft şirkəti "Saudi Aramco"ya nəzarət edən bir kral şurasının üzvünü və bu şirkətin direktorlarından birini də həbs etdirib.
"Baker Hughes"ın məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı May ayından bu yana ən aşağı səviyyəyə enib.
Analitiklər bildirirlər ki, indi belə bir sual yaranıb: Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın belə dramatik bir şəkildə qohumlarını həbs etdirərək, sabitliyi pozacaq "Taxt Oyunlarına" səbəb olub olmayacağıdır.
Neft, qlobal ehtiyatların azalmaqda olması, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və tərəfdaşlarının Mart ayında başa çatacaq hasilatın azaldılması müqaviləsini uzadacaqları gözləntiləri ilə dörd həftədir ardıcıl bahalaşıb. OPEC-in ümumi istehsalının 50%-dən artığını qarşılayan Səudiyyə Ərəbistanı, İraq və Küveyt müqavilənin uzadılmasını dəstəklədiklərini bəyan ediblər.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 3,1% bahalaşaraq bareli 57.42 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 3.3 faiz yüksələrək bareli 64.20 dollara qədər çıxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ






















