Bakı Şopinq Festivalında lotoreya sevinci
Lotoreyada olacaq uduşlar açıqlandı – TV-lər, tozsoranlar, kameralar, sobalar, mobil telefonlar və daha nələr, nələr...
Oktyabrın 15-dən paytaxt Bakıda yerli əhalinin, eləcə də şəhərimizin qonaqlarının böyük maraq və sevincinə səbəb olmuş II Bakı Şopinq Festivalı daimi yeniliklərlə hər kəsi daha da sevindirməyi bacarır. İnsanları Bakı Şopinq Festivalından faydalanmağı, eyni zamanda sevindirməyi qarşısına məqsəd qoyan təşkilatçılar, hər birinizi bu festival çərçivəsində lotoreya uduşlarına dəvət edir.
Söz verildiyi kimi, festivalda iştirak edən mağazalardan əldə etdiyiniz kuponların lotoreya uduşlarının sayı və çərçivəsi açıqlandı. Uduşda 20 mindən çox bilet hədiyyə qazandıracaq. Bu lotoreyaların uduşunda festival iştirakçısı olan mağazalarda həm yerli vətəndaşlar, həm də şəhərimizin əcnəbi qonaqları iştirak edə biləcəklər.
Bakı Şopinq Festivalının son iki həftəsi ərzində keçirilən lotoreya hamını qazandırmağa davam edir! Lotoreya iştirakçılarına “Metro Park”-dan 20 ədəd TV, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketdən 20 ədəd mobil telefon, “Baku Electronics”-dən 20 ədəd tozsoran, “Optimal Electronics”-dən 20 ədəd soba hədiyyə olaraq təqdim olunacaq. Bununla yanaşı, bu linkdə göstərilən saysız-hesabsız hədiyyələrin sahibi ola bilərsinz http://bakushopfest.com/lotereya/lotereya-hediyyeleri/ !
Lotoreyada necə iştirak etmək olar? Çox asan!
Bu gündən etibarən 25 noyabradək Festival mağazalarından 1 dəfəyə 100 AZN-dən artıq hər alış-veriş etdikdə siz "Festival Sürprizləri" adlı ani stilmullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanırsınız! Lotereyə biletini əldə etmək üçün alış-veriş üzrə elektron vergi hesab-fakturanızı Bakı Şopinq Festivalının "Məlumat Masası"-na təqdim edin və dəyərli prizləri dərhal əldə etmək şansını qazanın! Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə 1 bilet, 500 AZN və daha çox alış-verişə isə 2 bilet düşür. Bileti yerində pozun və bir-birindən dəyərli uduşlar qazanın!
Lotereya haqqında ətraflı məlumat www.bakushopfest.com/lotereya/
DİQQƏT! 15 oktyab-15 noyabr müddətində Bakı Şopinq Festivalında iştirak edən mağazalarda Tax Free xidmətindən yararlanan hər bir alıcı Vergi Hesab Fakturasını təqdim etməklə festival lotereyasının iştirakçısı ola bilər.
Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi cari ilin 15 oktyabr-15 noyabr tarixlərinə nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.
Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BSF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar:
Telefon: 0124982063
E-mail: [email protected]
Web: www.bakushopfest.com
Media müraciət üçün: http://bakushopfest.com/for-media-inquiries/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
- 2 d. əvvəl
- 47 d. əvvəl
-
52 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
3 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Ən çox oxunanlar
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi



















