Yaponiya Mərkəzi Bankı təşviq proqramını dəyişdirmədi
Yaponiya Mərkəzi Bankı (BOJ) istiqrazların alışını nəzərdə tutan təşviq proqramını dəyişdirmədi və inflyasiya proqnozlarını aşağı saldı
"Marja" xəbər verir ki, Yaponiya Mərkəzi Bankı (BOJ) bugünkü pul siyasət toplantısında, inflyasiya proqnozlarını aşağı salsa da, monetar təşviq proqramını dəyişdirmədi. Beləliklə BOJ, digər qlobal mərkəzi banklar təşviqləri azaldaraq və faizləri qaldıraraq pul siyasətini sərtləşdirərkən, yumuşaq pul siyasətində qalır.
BOJ, inflyasiyanın 2 faiz hədəfindən olduqca aşağı qalmasına baxmayaraq, artıq bir təzyiq altında deyil. Yaponiya iqtisadiyyatı son 16 ilin ən uzun inkişaf dövrünü keçirməyə yönəlib, səhmlər 20 ilin ən yüksək səviyyələrinə qalxıb və əmək bazarı güclənib.
Baş nazir Shinzo Abe-nin bu ay keçirilən seçkiləri qazanması, mərkəzi bankın mövcud mövqeyini davam edəcəyi gözləntilərini artırıb.
BOJ-un keçmiş əməkdaşı Sayuri Shiraiye görə, bu siyasətlərdən çıxışa doğru bir hərəkət daha çətin hala gəlib.
Yaponiya Mərkəzi Bankının yeni proqnozları:
2017 baza inflyasiya 0.8% (Əvvəlki 1.1%)
2018 baza inflyasiya 1.4% (Əvvəlki 1.5%)
2019 baza inflyasiya 1.8% (Əvvəlki 1.8%)
2017 Ümumi Daxili Məhsul 1.9% (Əvvəlki 1.8%)
2018 Ümumi Daxili Məhsul 1.4% (Əvvəlki 1.4%)
2019 Ümumi Daxili Məhsul 0.7% (Əvvəlki 0.7%)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







