Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sabaha olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlanıb

Sabah, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən   verilən məlumata görə, şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-11 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.

 

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman, bəzi şərq rayonlarında isə çiskinli yağıntı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. 

11.01.2017 09:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ