90 hektar əkib, yaxşı da məhsul yetişib
Cari mövsümdə Oğuz rayonunda 346 hektar qarğıdalı sahəsindən məhsul yığımı gözlənilir. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 88 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 169 hektar sahənin məhsulu yığılıb, 827 ton dən qarğıdalı istehsal olunub.
Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayonda qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarından biri də Bucaq kəndində fəaliyyət göstərir. Təsərrüfat rəhbəri Rəftar Əhmədli bildirib ki, iki ildir, bu işlə məşğul olur. Bu il 90 hektar sahədə qarğıdalı əkib, yaxşı da məhsul yetişib. Fermer deyib ki, hava şəraiti imkan verərsə, builki mövsümdə qarğıdalı sahəsinin hər hektarından 90-100 sentner məhsul götürməyi planlaşdırır. Təsərrüfatda qarğıdalı yığımına yaxın günlərdə başlanılacaq.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























