970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"

AzVak-mobil_resmin_ustu_31
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Mərkəzi Bankın hədəfi yalnız daxili bazarın inkişafı ilə məhdudlaşmır. Məqsəd həm də Azərbaycanın maliyyə xidməti göstərən qurumlarının xarici bazarlara çıxışını və beynəlxalq fəaliyyətini dəstəkləməkdir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu məqsədlə prioritet istiqamətlərdən biri transsərhəd (cross-border) ödənişlərin inkişafı və digər ölkələrin ödəniş sistemləri ilə inteqrasiyadır:

"Yaxın gələcəkdə ilk növbədə Azərbaycanın ən çox ticarət apardığı və turist axınının yüksək olduğu ölkələrlə qarşılıqlı ödəniş inteqrasiyalarının qurulması nəzərdə tutulur.

Perspektivdə Azərbaycanın regional ödəniş habına çevrilməsi potensialı da qiymətləndirilir. Bununla yanaşı, bu proses uzunmüddətli yanaşma tələb edir və innovasiyaların dəstəklənməsi, eləcə də yeni məhsul və xidmətlərin tətbiqi üçün müasir və adekvat normativ-hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır".

İş elanları AzVak.az-da

© APA

29.06.2026 14:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar