Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
Bakıda təşkil edilən İİB Qrupunun Özəl Sektor Forumunun açılış mərasimində özəl sektorun inkişafı, üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub, bir sıra sənədlər imzalanıb.16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumu (“PSF 2026”) başlayıb.
Forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilir. Tədbir İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun İİB Qrupuna daxil olan İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası və Biznes Forumu (THIQAH) ilə tərəfdaşlığı çərçivəsində təşkil olunub.
Forumun açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, həm Azərbaycan, həm də İİB Qrupu özəl sektorun inkişafına, KOB-ların dəstəklənməsinə, rəqəmsal transformasiyaya və dayanıqlı investisiyalara xüsusi önəm verir.
Qeyd edilib ki, dayanıqlı inkişafın təmin edilməsi ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, etibarlı maliyyə alətlərinin tətbiqini və özəl sektorla səmərəli tərəfdaşlığın gücləndirilməsini zəruri edir. Ölkəmizdə özəl sektora dövlət dəstəyi və investisiya təşviqləri haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat-logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, yüksək əlavə dəyər yaradan xidmət sahələri və ixrac potensialına malik digər qeyri-neft-qaz istiqamətləri üzrə geniş investisiya imkanları mövcuddur. Qeyd olunub ki, İslam İnkişaf Bankının Toplantıları çərçivəsində dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32-dən çox saziş və anlaşma memorandumunun imzalanması gözlənilir.
İİB Qrupunun sədri Məhəmməd Əl-Casir forumun üzv ölkələrin işgüzar dairələrinin ticarət və investisiya münasibətlərinin təşviqi, dayanıqlı inkişaf məqsədlərinə uyğun yeni təşəbbüslərin dəstəklənməsi baxımından əhəmiyyətini qeyd edib.
Tədbirin açılış mərasimində özəl sektorun və ticarətin maliyyələşdirilməsi, investisiya və rəqəmsal sahələr üzrə əməkdaşlıq sənədlərinin mübadiləsi həyata keçirilib. Belə ki, ICD və SOCAR arasında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində infrastruktur və enerji layihələri üzrə maliyyələşdirmə, investisiya və məsləhət imkanlarının araşdırılmasını nəzərdə tutan Anlaşma Memorandumu, ICD və Azərbaycan Biznesinin İnkişafı Fondu arasında yerli valyutada maliyyələşdirmə xətti imkanları üzrə Çərçivə Agentlik Sazişi, ICD və Türk İnvestisiya Fondu arasında maliyyələşdirmə xətti üzrə Çərçivə Agentlik Sazişi, ICD və “Azerconnect Group” arasında birbaşa maliyyələşdirmə mexanizmi üzrə Mandat məktubu, ICD və “TuranBank” arasında maliyyələşdirmə xətti üzrə niyyət məktubu, ITFC və “Rabitəbank” arasında maliyyələşdirmə xətti üzrə saziş mübadilə olunub.
Qeyd edək ki, Forumun proqramına Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum 2026), Azərbaycanın investisiya perspektivlərinə, eləcə də regional inteqrasiya mövzularına dair müzakirələr, sərgi, startaplar və KOB-lar arasında müsabiqə, B2B və B2G görüşlər daxildir. Həmçinin, proqram çərçivəsində İİB Qrupunun üzv ölkələr üzrə fəaliyyəti, xidmətləri və təşəbbüsləri, Azərbaycanda özəl sektor üzrə investisiyaların və ticarətin təşviqi alətləri təqdim olunur.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























