Bank of Baku-dan daha bir yenilik - terminalla pulköçürmə
Pulunuzu ölkəxaricinə Bank of Baku-nun ödəniş terminalları ilə köçürün!
Təcili Pul Köçürmə xidməti sahəsinə gətirdiyi ilkləri ilə sektorunun aparıcı banklarından olan Bank of Baku bu sahədə daha bir yeniliyə imza atdı.
“Sizə Yaxın Bankçılıq” şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin rahatlığını və onların istəklərini düşünən Bank of Baku bu dəfə “uzaqları yaxın edərək” ödəniş terminallarında Contact Təcili Pul köçürmə sistemindən istifadəni mümkün etdi.
Bank of Baku-nun Təcili Pul Köçürmə sisteminə gətirdiyi bu inqilabi yenilik sayəsində müştərilər ödəniş terminalları vasitəsilə ölkəxarici pul köçürmələrini rahat formada həyata keçirə biləcəklər.
Aşağıdakı 5 sadə addıma riayət etməklə pul vəsaitlərini digər şəxsin bank hesabına əlavə vaxt sərf etmədən dərhal göndərmək olar. Bunun üçün Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib,
-Müştəri kodunu daxil etməli;
-Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmalı;
-Vəsaitin göndəriləcəyi ölkəni seçməli;
-Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;
-Əməliyyatı təsdiq etməli.
Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edə bilər.
Bankın müştəriləri öz kart hesablarındakı vəsaiti ödəniş terminalları vasitəsilə aşağıdakı ölkələrə 24/7 rejimində sürətli göndərmək imkanı əldə edəcəklər:
-Rusiya
-Belarusiya
-Gürcüstan
-Qazaxıstan
-Qırğızıstan
-Moldova
-Özbəkistan
-Tacikistan
Qeyd edək ki, ödəniş terminalı ilə köçürmə məbləğinin gündəlik limiti 300 USD və köçürmə komissiyası isə sadəcə 1% təşkil edir.
Eyni zamanda xatırladaq ki, Bank of Baku bir müddət öncə Təcili Pul Köçürmə sahəsində ilkə imza ataraq, müştərilərinə İnternet Bankçılıq xidmətində Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını təqdim etmişdi.
Bank of Baku-nun ödəniş terminallarından istifadə etməklə Təcili Pul Köçürmə xidmətindən faydalanmaq üçün terminalların ünvanları haqqında dəqiq məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq əldə etmək olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















