"Technol" şirkətinə Korporativ Satış Meneceri tələb olunur
Technol şirkəti sizi öz gənc və enerjili kollektivinə qoşulmağa dəvət edir! Bəyan edirik ki, biz bütün namizədlər üçün bərabər şərait yaradırıq və işə qəbul və seçim proseslərində şəffaflıq prinsiplərinə riayət edirik. Bütün vakansiyaları şirkətin rəsmi internet səhifəsində yerləşdiririk. Namizədlər müvafiq qaydalara riayət etməklə iş üçün müraciət edə bilirlər.
Technol-in işgüzar həyatına və peşəkar kollektivinə Siz də qoşulmaq istəyirsinizsə aşağıda təklif olunan vakansiyaları nəzərdən keçirin, bilik və bacarıqlarınız üyğun gəldiyi vakansiyaya müraciət edin.
Sizi maraqlandıran suallarınızı [email protected] ünvanına göndərə bilərsiniz.
VAKANSİYA
Korporativ Satış Meneceri
Tam iş günü. Həftə içi 6 gün.
Əmək haqqı 800-1000 AZN
Vəzifələri
-Technol şirkətinin korporativ satış meneceri və müştərilər üçün koordinator rolunu icra etmək
-Mövcud müştəri bazasını genişləndirmək; yeni müştərilər axtarmaq
-Sifarişlər, problemlər, hesabatlar və s. daxil olmaqla müştərilərlə əlaqəli bütün məsələləri həll etmək
-Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün əlindən gələni etmək;
-Əvvəlcədən müştəri ehtiyaclarını araşdırıb, onları qarşılamaq üçün hazır olmaq
-Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq və Kommersiya direktorunu müvafiq qaydada məlumatlandırmaq
-Vaxtında aylıq satış hesabatlarını hazırlamaq
-Şirkətə yeni daxil olmuş məhsulları təhlil etmək və ən effektiv yollarla müştəriləri məlumatlandırmaq
-Borcların toplanması üçün məsul şəxs rolunu icra etmək; gecikmiş borclar/müştəri problemləri barədə məlumat vermək
-Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq
Tələblər
-Korporativ satış sahasində iş təcrübəsi, Avtomobil və Sənaye yağları, ehtiyat hissələri satışı sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
-Əla satış və müştəri xidməti bacarıqları
-Effektiv dil bilgiləri (Azərbaycan və Rus dili əla səviyyədə olmalıdır; orta səviyyəli ingilis dili üstünlükdür)
-Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı
Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı
Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək
-Ali təhsil
Namizədlər üçün maksimal yaş məhdudiyyəti: 40 yaş
Müraciət üçün: http://technol.az/az/vacancy/8-korporativ-satis-meneceri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
11 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində


























