Bank olmayan kredit təşkilatı kapital tələbinə əməl etmədi, Mərkəzi Bank lisenziyasını ləğv etdi
“Optimal Finance" BOKT-ın lisenziyası ləğv edilib“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) edilmiş dəyişiklərə əsasən, eləcə də, Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” (Qayda) təsdiq edilib.
Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank olmayan kredit təşkilatlarına kapitalın minimum miqdarı tələbi 1 milyon manat məbləğində müəyyən edilib.
Marja xəbər verir ki, kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən, “Optimal Finance Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilib. Lakin, ötən dövr ərzində qeyd olunan təşkilat tərəfindən atılan addımlar nəticəsində kapitalın minimum miqdarı tələbinə əməl edilməsi təmin edilməyib. Qeyd olunanları nəzərə alaraq “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən, fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Optimal Finance Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.12.2020-ci il tarixli, BKT-37 nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli Qərarı ilə ləğv edilib.
“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Mərkəzi Bank bank olmayan kredit təşkilatlarının fəaliyyətini requlyativ tələblər əsasında daim nəzarətdə saxlamaqla qanunvericiliklə tələb olunan zəruri addımları atmaqda davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























