Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır
Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı milli qanunvericilikdən "lizinq" anlayışının çıxarılması nəzərdə tutulur.
Bu barədə qanun layihəsinin müzakirə edildiyi Milli Məclisin İqtisasi siyasət, sənaye və sahbikarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
İclasda qeyd olunub ki, beynəlxalq termin olan "leasing" sözü dilimizə tələffüz olunduğu kimi keçib, "lizinq" kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun "maliyyə icarəsi" kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib. Bir sıra ölkələrdə də "financial lease" termini həmin ölkələrin dilində hərfi tərcümədə olduğu kimi istifadə edilir. Məsələn:
⦁ türk dilində - finansal kiralama;
⦁ ingilis dilində - financial lease;
⦁ ispan dilində - arrendamiento financiero;
⦁ fransız dilində - le crédit-bail.
Mülki Məcəllənin 38-ci fəsli "Lizinq" adlansa da o əslində "maliyyə lizinqi", yeni ifadə ilə desək "maliyyə icarəsi" ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə "maliyyə lizinqi" termini indiyə qədər əsasən Vergi Məcəlləsində istifadə edilib.
Beləliklə, yeni qanunun qəbulu ilə "maliyyə icarəsi"nə dair vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, "lizinq" adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusunun və mahiyyətinin bu xidmətin istehlakçılarının daha aydın qavramasına nail olunacaq. Bu xidmətin alıcılarında lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, onun kredit münasibəti olması rəyi formalaşırdı. Bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








