"Kapital Bank" "Bir" ekosistemində “Bir Taxi” istifadəyə verilə bilər" iddiasına cavab verdi
""Bir" ekosisteminə “Bir Taxi” adlı xidmətin əlavə ediləcəyi barədə yayılan məlumatlar doğru deyil".
Bunu Marja.az-a "Kapital Bank" ASC-nin İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynov bildirib.
"“Bir Taxi” iddialarını əks etdirən xəbərin ekran görüntülərini mənə də göndərmişdilər. Belə bir niyyətimiz hələ yoxdur. Səmimi deyim ki, bunu çox maraqlı fikirləşiblər. Amma hazırda bizim hansısa əlavə taksi şirkətinin açılması planımız yoxdur", - Fərid Hüseynov deyib.
Yayılan xəbərə görə, "Bir" ekosistemində “BirTaxi” istifadəyə verilə bilər. İddia olunub ki, hazırda layihə üzərində aktiv işlər aparılır və xidmətin yaxın vaxtlarda istifadəyə təqdim olunacağı ehtimal edilir. Bildirilir ki, yeni taksi xidməti "Bir" ekosistemi çərçivəsində fəaliyyət göstərəcək və rəqəmsal həllərlə bazarda fərqlənməyə çalışacaq. Məlumatlara görə, yeni taksi xidməti rəqəmsal imkanlarla təchiz olunacaq və istifadəçilərə daha rahat sifariş və xidmət təcrübəsi təqdim etməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı




























