"Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2025-ci ildəki 1,4 %-lə müqayisədə 2026-cı ildə 2,2 % səviyyəsində artım nümayiş etdirəcəyini gözləyir.
Bu barədə "Fitch Ratings"in İranda hərbi əməliyyatların Cənubi Qafqaz dövlətlərinin iqtisadiyyatına təsirlərinin təhlilinə həsr olunmuş hesabatında bildirilir.
Azərbaycan hökumətinin təshih edilmiş proqnozlarına görə, milli iqtisadiyyatın artım tempi 2026-cı ildə 1,7 % təşkil edəcək.
Agentliyin analitikləri bu proqnozu [2,2 % - red.] neft hasilatının həcminin azalması və qaz hasilatının sabitləşməsi ilə əlaqələndirirlər. Onların qiymətləndirmələrinə görə, enerji təchizatı sistemində birbaşa fasilələrlə bağlı risklər minimum səviyyədədir.
"Gürcüstan qazın əsas hissəsini neft-qaz infrastrukturu birbaşa təhdid altında olmayan Azərbaycandan ("BBB-"/Stabil) alır. Ermənistan Rusiyanın "Qazprom" şirkəti ilə qazın sabit tariflə tədarükü haqqında uzunmüddətli müqaviləyə malikdir. Məzənnələrə təzyiq də mülayim olaraq qalır: Gürcüstan larisi və Ermənistan dramı müharibənin ilk ayı ərzində ABŞ dollarına nisbətən sabit qalıb", - ekspertlər vurğulayır.
Ümumilikdə "Fitch" hesab edir ki, İranda hərbi əməliyyatlar Cənubi Qafqazın suveren dövlətlərinin iqtisadi siyasəti üçün çətinliklər yaradır. Bu, əsasən silahlı münaqişənin bilavasitə yayılması nəticəsində deyil, enerji daşıyıcıları və logistika xərclərinin artması ilə əlaqədardır.
"Uzunmüddətli şok inflyasiya risklərini gücləndirəcək və xarici kəsirin artmasına gətirib çıxaracaq. Bu, ilk növbədə, enerji resurslarının xalis idxalçıları olan Ermənistanda ("BB-"/Pozitiv) və Gürcüstanda ("BB"/Stabil) özünü kəskin göstərəcək. Bununla yanaşı, əhəmiyyətli beynəlxalq ehtiyatlar, valyuta məzənnələrinə məhdud (hazırda) təzyiq və ümumilikdə etibarlı enerji tədarükü suveren reytinqlər üçün qısamüddətli təhdidləri məhdudlaşdırır", - agentlik qeyd edir.
"Fitch" hesab edir ki, tənzimləyicilər ikinci dərəcəli inflyasiya təsirləri yarandıqda, milli valyutalar zəiflədikdə və ya inflyasiya gözləntiləri qeyri-sabit xarakter aldıqda cavab tədbirləri görəcəklər.
"Qlobal enerji qiymətlərinin artımı nəqliyyat xidmətlərinin dəyərinə, kommunal tariflərə və ərzaq qiymətlərinə təsir edəcək ki, bu da inflyasiyanın hazırkı mülayim göstəricilərlə müqayisədə daha da sürətlənməsinə səbəb ola bilər. Gübrələrin və digər idxal olunan resursların bahalaşması nəticəsində əlavə təzyiq yarana bilər. Bununla belə, regionda real faiz dərəcələri müsbət zonada qalmağa davam edir. Bu, mərkəzi banklara uzunmüddətli şok halında daha genişmiqyaslı inflyasiya təsirlərinin qarşısını almaq məqsədilə müəyyən manevr imkanı verir", - "Fitch"in analitikləri hesab edir.
Onların fikrincə, xarici hesablar ən zəif nöqtədir. "Fitch"in qiymətləndirmələrinə görə, Gürcüstanın cari əməliyyatlar hesabının kəsiri 2026-cı ildə ÜDM-in 5,3 %-nə qədər artacaq. Ermənistanın builki kəsiri 2025-ci ildə 7,2 % səviyyəsində qeydə alınan 7 illik maksimumdan sonra ÜDM-in 5 %-nə çatacaq.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
17 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb























