“360° Cyber” günü: "B&B Security" AI dövrünün kibertəhlükəsizlik həllərini təqdim edib - FOTOLAR
(®) Ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti "B&B Security" tərəfindən ilk dəfə təşkil olunan beynəlxalq “360° Cyber” günü uğurla həyata keçirilib.
Sürətlə dəyişən rəqəmsal dünyada kibertəhlükəsizlik çağırışlarının müzakirəsinə həsr olunan tədbir 400-dən çox peşəkarı bir araya gətirib və gələcəkdə hər il keçirilməsinin planlaşdırıldığı bütün tədbir iştirakçıları ilə paylaşıldıb.
Tədbirdə Azərbaycanın dövlət və özəl sektorunu təmsil edən iştirakçılarla yanaşı, Türkiyə, Özbəkistan, İsrail, Kanada, BƏƏ və Ukraynadan olan qonaqlar da iştirak etdi.
Açılış nitqi ilə "B&B Security" şirkətinin İdarə Heyətinin sədri Nazim Qasımzadə qonaqları salamlayaraq, şirkətin fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Tədbirin xüsusi qonağı AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov çıxışında ölkə səviyyəsində kibertəhlükəsizlik üzrə prioritet istiqamətlər və mövcud çağırışlar barədə mövzulara toxunub.
"31 Concept" şirkətinin Strategiya üzrə baş müdiri Jochanan Sommerfeld qlobal tendensiyaları və təşkilatların kibertəhdidlərə hazırlıq strategiyalarını paylaşıb.
"B&B Security"nin 360° yanaşması
Tədbir çərçivəsində "B&B Security "şirkətinin kibertəhlükəsizlik sahəsindəki fərqləndirici mövqeyi - tam həyat dövrünü əhatə edən 360° xidmət modeli iştirakçılara təqdim edilib. Şirkətin regionda rəqabət üstünlüyünü təmin edən bu yanaşma, kibertəhlükəsizliyi ayrı-ayrı həllər toplusu kimi deyil, vahid və ardıcıl bir idarəetmə sistemi kimi təqdim edir. Bundan əlavə, müasir kibertəhdidlərə qarşı mübarizədə süni intellekt texnologiyalarından strateji istifadənin əhəmiyyəti xüsusi vurğulandıb.
Təqdimatlar və Panel müzakirələri
Tədbir çərçivəsində "B&B Security" şirkətinin Baş İcraçı direktorun Kommersiya üzrə müavini Anar Xanəliyev, Baş İcraçı direktorun İnformasiya Təhlükəsizliyi üzrə müavini Vüsal Ramazanlı və şirkətin İnformasiya Təhlükəsizliyi üzrə baş müdiri Aydın Qurbanlı tərəfindən təşkilatların qarşılaşdığı real təhlükə ssenariləri və onların idarə olunması üzrə yanaşmalar təqdim olunub.
“Kibertəhlükəsizlik təcrübədə: riskdən reaksiyaya doğru” adlı ilk panel Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru Rauf Cabarovun moderatorluğu ilə keçirilib və "B&B Security" ekspertləri – İdarəetmə, Risk və Uyğunluq şöbəsinin rəhbəri Daşqın Lazımov, Kiberhücum əməliyyatları şöbəsinin rəhbəri Cəbrayıl Tağıyev və Kibermüdafiə əməliyyatları şöbəsinin rəhbəri Rəşid Məmmədrzayev tərəfindən real təhdid ssenariləri və tətbiq yönümlü yanaşmalar çərçivəsində geniş şəkildə təhlil edilib.
İkinci paneldə isə “Kibertəhlükəsizliyin gələcəyi, süni intellekt əsaslı hücumlara qarşı strategiyalar və bu mübarizədə insan, proses və texnologiyanın rolu” mövzusu diqqət mərkəzində olub. Panel "B&B Security" şirkətinin Kommersiya üzrə baş müdiri Hüseyn Nəcəfzadənin moderatorluğu ilə təşkil olunub və "Techpro DC", "Cymulate", "Check Point" və "Bakotech" şirkətlərində nümayəndələrin iştirakı ilə keçirilib.
Qlobal tərəfdaşların iştirakı
Tədbirdə "Commvault", "Opinnate", "Splunk" şirkətlərinin nümayəndələri sifarişçilər üçün ilk dəfə çıxış edərək qabaqcıl texnologiyalar və real tətbiq ssenariləri barədə məlumat veriblər. "CyberArk" şirkətinin nümayəndəsi isə təqdimatında kibertəhlükəsizliyin gələcəyində kimlik əsaslı yanaşmanın rolunu xüsusilə vurğulayıb.
Tədbirin tərəfaşları
B&B Security tədbirin həyata keçirilməsində dəstək göstərən bütün tərəfdaş şirkətlərinə təşəkkürünü bildirir: AKTA, Splunk, Commvault, Opinnate, CyberArk, Cymulate, CrowdStrike, Fortinet, Forcepoint, Check Point, Techpro DC, Softprom və Bakotech.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
22 d. əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 29 d. əvvəl
-
-
1 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
2 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
2 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Ən çox oxunanlar
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar




























