"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Xəbər verdiyimiz kimi, "PAŞA Bank" nominal nizamnamə kapitalının 5%-i həcmində və ya cəmi nominal dəyəri 18 milyon 658 min 520 manat olan yeni səhmlər (hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd) emissiya edib.
Marja xəbər verir ki, səhmlər İlkin Kütləvi Təklif (İPO) şəkilində təklif olunacaqdır. Səhmlərin təklif qiyməti abunə yazılışı müddətindən 5 iş günü əvvəl Emitentin internet səhifəsində və anderrayterlər tərəfindən elan ediləcəkdir. Yerləşdirmədən sonra səhmlərin bazar qiyməti və likvidliyi dəyişkən ola bilər və aktiv ticarət bazarı formalaşmaya bilər.
Hazırda "PAŞA Bank"ın nominal nizamnamə kapitalının məbləği 354 milyon 511 min 800 manatdır (hər bir səhmin nominal dəyəri 20 Azərbaycan manatı olmaqla 17 725 590 ədəd səhm).
Səhmlərin yerləşdirilməsi yekunlaşdıqdan sonra yeni səhm təklifi nəticəsində mövcud səhm mülkiyyətçilərinin paylarının dəyişəcəyi gözlənilir.
Belə ki, səhmlərin 56,82 %-nə nəzarət edən "PAŞA Holdinq" MMC-nin payının 53,98 %-ə, 28,18 %-nə nəzarət edən "Bless" MMC-nin payının 26,77 %-ə, 9,99 %-nə nəzarət edən Arif Paşayevin payının 9,49 %-ə, 5,01 %-nə nəzarət edən Mircamal Paşayevin (Bankın Müşahidə Şurasının sədri) payının isə 4,76 %-ə düşə biləcəyi ehtimal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















