Ən çox bankçılıq mükafatını ABB qazandı!
(®) ABB 2025-ci ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının (ABA) 8 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb:
“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank”.
Bu, eyni bankın fərqli nominasiyalar üzrə qazandığı ən çox sayda bankçılıq mükafatıdır.
2025-ci ildə ABB rəqəmsal ödənişlər sahəsində mühüm innovativ layihələr həyata keçirib. O cümlədən tətbiq etdiyi süni intellekt modellərinin sayını 176-a çatdırıb. Səsli süni intellekt köməkçilərini bütün müştərilərin istifadəsinə verib. Məhsul və xidmətlərin rəqəmsallaşdırılması sayəsində bank əməliyyatlarının 90%-nin kağızsızlaşdırılmasına nail olub.
ABB 2025-ci ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlara geniş imkanlar yaradan ABB Biz tətbiqini yeni funksionallıqlarla daha da inkişaf etdirib.
İl ərzində ABB əhalinin maliyyə savadlılığı, xüsusilə kibertəhlükəsizlik sahəsində məlumatlılıq səviyyəsinin artırılması üçün geniş kampaniyalar həyata keçirib.
Bank 2025-ci ildə beynəlxalq əlaqələrini də genişləndirib. Beynəlxalq İqtisadi Forum (Davos Forumu) da daxil olmaqla bir çox beynəlxalq qurumlarla tərəfaşlıq əlaqələrini gücləndirib. Getdikcə artan qlobal nüfuzunun göstəricisi kimi, ABB ötən il Masreqbank-ın təşkilatçılığı ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan 200 000 000 dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib.
ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























